|
 |
|
Əziz qardaş və bacılar!!!
Əqər sizində çətinliyiniz varsa bizə məktubunuzu yazıb və şəklinizi xeyriyye@xeyriyye.com ünvanına göndərin. İnşəallah məktubunuzu bizim “Yardım edin” bölümünə qoyarıq. Bununlada sizin məktubunuzu xeyriyyəçi insanlar görüb sizdərə Allah-təalanın izni ilə köməklik edərlər. |
|
Rəhimova Nuranə Elçin qızına təcili yardım edin |
|
|
Bismillahir Rəhmanir Rəhim.
Əziz və Hörmətli bacı, qardaşlar və Xeyriyyəçiliyi sevən insanlar. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 5, mənzil 106-da yaşayan, 1988-ci təvəllüdlü Rəhimova Nuranə Elçin qızı təcili cərrahiyyə əməliyyatı olunmalıdır. O, onurğa sütununda olan skalioz (onurğada əyilmə) xəstəliyindən əziyyət çəkir. Bu əməliyyat İran İslam Respublikasında icra olunmalıdır.
Əməliyyata nə az nə çox 15 000 dollar pul lazımdır. Amma ailənin bu pula gücü çatmır. Çünki Rəhimova Nuranənin anası, bacıları və bir xalasından başqa heç kəsi yoxdur. Nuranə bu günə kimi var gücü ilə xəstə anasının müalicəsi ilə məşqul idi. Amma indi isə özünün təcili əməliyyata ehtiyyacı var. Nuranənin təkcə arzusu təzədən sağalıb anasına baxmag və əvvəl ki kimi Allah-təalaya ibadətini etməkdir. Nuranənin əməliyyatı üçün Respublika Bankında bir hesab nömrəsi açılıbdır. Kimin hansı məbləğə gücü çatırsa buyurun İnşəallah yardım edin.
|
|
|
 |
Saməddin adlı mömin balaya yardım edin |
|
|
Bismillahir Rəhmanir Rəhim.
Qədirov Saməddin Aydın oğlu 2000-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Doğulandan bəri uşaq psixo-fiziki inkişafdan geri galmağa başlayır. Və o “encefalopiya”, döş qəfəsinin (sağ tərəfli) xəstəliyindən əziyyət çəkməyə başlayır. Uşaq çox xəstəxanalara aparılıb amma ona əlac tapılmayıb. Hətta köməkləşib Saməddini biz Rusiya Federasiyasına belə aparsaqda, orda da ona əlac tapılmadı.
Amma cox şükürlər olsun ki indi Saməddinin dərdinə “N.Tusi adına klinika”da əlac var. Həkimin bizə dediyinə görə uşaq iki dəfə əməliyyat olunmalıdır. Bunun üçün 45-50 min manat pul lazımdır. Amma bizim bu pula imkanımız yoxdur. Oğluma köməklik edə bilmədiyimə görə çox üzülürəm . Amma onun gündə Allah-təalaya sitayiş etməsi mənim ümüdümü üzmür. Saməddin Allah-təalanın izni ilə Məşəd ziyarətində də olub. Arzusu sağalıb o biri ziyarətlərədə getməkdir.
|
|
|
 |
Babaşova Ayşən Eldəniz qızına yardım edin |
|
|
Salam Əziz xeyriyyəçi insanlar.
Babaşova Ayşən Eldəniz qızı 13 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpə vaxtlarından Ayşən “uşaq serebral iflici”ndən əziyyət çəkməyə başlayır. Xəstə yanvar ayının 16-sı 2010-cu ildə “CITY HOSPITAL” xəstəxanasına “Uşaq serebral iflici, budların yaxınlaşdırıcı kontrakturası, rekrus sindromu” diaqnozu ilə daxil olmuşdur. Və həmin gün ümumi endotraxeal anesteziyanın tətbiqi ilə “ikitərəfli budun düz əzələlərinin uzadılması və ikitərəfli qapalı adduktortomiya” əməliyyatı icra edilmişdir.
Yanvarın 17-si 2010-cu ildə isə Ayşən kafi halda gərəkli məsləhətlərlə evə ambulator müalicəyə yazılmışdır. Amma son vaxtlar uşaqda tez-tez qıcolmalar baş verdiyindən o, iyun ayının 11 yenidən “CITY HOSPITAL” klinikasında müayinədən keçir. Onlara xəstənin hər iki dizin bükücü kontrakturalarının aradan götürülməsi üçün əməliyyat olunması bildirilib.
|
|
|
 |
Cavadzadə Fəxriyyə Cavad qızına təcili yardım lazımdır |
|
|
Mənim qızım Cavadzadə Fəxriyyədə üç il əvvəl “Xockin Xəstəliyi” (Limfoqranulematoz, pisniyyətli qranulema) aşkarlanmışdır. Biz qohumlar ilə birlikdə müalicəyə lazım olan vəsaiti topladıq. Gızım Fəxriyyə uğurla əməliyyat olunandan sonra, o Türkiyədə, İstambul klinikalarının birində, onkoloji şöbədə altı kurs kimyaterapiya üsulu ilə müalicə aldı.
Həm əməliyyat, həm də altı kurs müalicələr çox müvəffəqiyyətlə keçmişdir ki, Fəxriyyə yavaş-yavaş yaxşılaşmağa başladı. Fəxriyyənin bu halını görərək həm biz, həm də gohumlarımız çox sevindik.
Ancaq təəssüf ki, keçən aylar, onun sağlamlıq durumu pisləşmişdir. Növbəti yoxlama zamanı bilindi ki, xəstəlik yenidən başlanmışdır və indi Fəxriyyəyə, beyin sümüyünün köçürülməsi əməliyyatı və kimyaterapiya üsulu ilə müalicələr yerinə yetirmək zəruridir.
|
|
|
 |
Əfəndiyeva Təranə Abdulməcid qızına yardımınızı əsirgəməyin |
|
|
Əfəndiyeva Təranə Abdulməcid qızı Zaqatala rayonu, Yuxarı Çardaqlar kəndində anadan olub. 11-ci sinifdən sonra tutulduğu qızılca xəstəliyindən qaynaqlanaraq, ömrünün bu çiçəklənən çağlarında ayaqlarının hissiyatını itirmiş və yeriməkdən məhrum qalmışdı.
O gündən bu yana ailəsi əlindən gələni etmiş, əllərində olan hər şeyi gözdən çıxarmışlar ki övladlarının yeriməsinə bir işıq doğar deyə. Onu müalicəyə Azərbaycanda “Leyla Şıxlinskaya klinikası”na, “Ə.Əliyev adına AZ.DNTİ pediatriya kafedrası”na, “Respublika xəstaxanası”na aparmışlar və orada Təranəyə “Qızılcadan sonraki encefalomielit” diaqnozu goyulmuşdur.
Təranənin müalicəsi isə yalnız Türkiyyənin “Memorial Xəstəxanası”nda mümkündür. Amma bu müalicəyə 10 000 dollar lazımdır. Ailənin isə buna heç cür imkanı yoxdur.
|
|
|
 |
Ağayeva Günay Fuad qızına təcili yardım lazımdır |
|
|
Bismillahir Rəhmanir Rəhim!
Ağayeva Günay Fuad qızı 11 dekabr 2000-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsində doğulmuşdur. Günay yeddi aylıq doğulmuş və o anadan gəlmə xəstədir. Həmin vaxtdan xəstədə daimi zəiflik, halsızlıq müşahidə olunub. Pediatr tərəfindən aparılan konservativ müalicə effekt verməmişdir.
Günay daima yuxulu, süst olurdu və o tez-tez baş verən qıcolmalardan əziyyət çəkirdi. 2004-cü ildə uşağa sağ tərəfli ventrikulo-peritonial şuntlama, 1 il sonar isə şuntun əvəz olunması əməliyyatları icra olunub. Sonralar uşağda bir-neçə dəfə epileptik tutmalar müşahidə olunub. MRT müayinəsindən sonra xəstə uşaq RNCX-na qəbul olunub. Xəstə uşaq qeyri-adekvatdır, kontakta çətin qirir, danışa və qəzə bilmir.
Aprel ayının 7-si 2009-cu ildə xəstə uşağa “Şuntun pompa və mərkəzi katetrinin dəyişdirilməsi” əməliyyatı aparılıb. Əməliyyat fəsadsız keçib. İndi isə uşağa daima müalicə lazımdır.
|
|
|
 |
Həsənzadə Yusif Ruslan oğluna yardım lazımdır |
|
|
Mən Həsənova Ülviyyə Nürəddin qızı, Tər-rər rayon Qaynaq kəndi sakini, yazıb sizə bildirmək istəyirəm ki, mənim oğlum Həsənzadə Yusif Ruslan oğlu yanvar ayının 28-zi 2002-ci ildə anadan olub. O, bir il bundan əvvəl xəstələndi və həkimlər ona qan xəstəliyi (kəskin leykoz) diaqnozu qoydular.
Uşağa görə nəyimiz varsa, hər şeyi satıb onun müalicəsinə vermişik. Yusif İran İslam Respublikasında, Rusiyada və Türkiyyədə müalicə kursu keçib.
Müalicə davamlı olmalıdır ki, mikrob iliyə keçməsin. Hal-hazırda Yusif “Respublika Uşaq Klinikası”ndadır. Həkimlərin dediyinə görə bu xəstəliyi Belarussiya Respublikasının Minsk şəhərində müalicə edirlər.
|
|
|
 |
Skolioz xəstəliyindən əziyyət çəkən Ülviyyə Quliyevaya yardım edin |
|
|
Salam. Mənim adım Anar Quliyevdi. Kömək üçün sizlərə müraciət edirəm. İnanıram ki, ailəmdə yaranmış problemin həllində mənə yardım göstərə biləcəksiniz. Əminəm ki, siz məni başa düşəcəksiniz.
Mənim yeganə bacım, Ülviyyə Quliyeva, uşaqlıqdan 2-ci dərəcəli əlildir. O, ən yüksək, 4-cü dərəcəli skolioz (S-vari onurğa sütununun əyilməsi) xəstəliyindən əziyyət çəkir.
Lap körpəlikdən Sovet İttifaqının müxtəlif yerlərində manual terapiya kursları vasitəsilə müalicə alıb. Lakin bu müalicənin heç bir faydası olmayıb. Xəstəlik daha da inkişaf edib. 1989-cu ildə, 13 yaşı olarkən, həkimlər carrahiyə əməliyyatı ilə onurğa sütununu düzəltməyi qərara alıblar.
|
|
|
 |
Ələkbərova Ülviyyə yardımınızı gözləyir!!! |
|
|
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Ələkbərova Ülviyyə 1991-ci ildə İmişli rayonunda anadan olmuşdur.18 yaşı var. Anası ilə birlikdə Suraxanı rayonu, kərpic zavodunun, daş karxanasında sığınacaq tapib. Atası isə İmişli rayonunda iflic xəstəliyi diaqnozu ilə xəstəxanada yatır. Ülviyyənin beyin nahiyyəsinin ənsə payında şiş aşkar edilib. Bir neçə ay bundan öncə “Mərkəzi Klinik Xəstəxanası”nda əməlliyatın 1-ci hissəsi həyata keçirilmişdir. Həkimi: Hikmət; Cərrahı: Kamal Hepkup.
Əməliyyatın 1-ci hissəsindən 4 ay sonra Ülviyyə yenidən əməliyyat olunmalıdır. Bu vaxtın tamam olmasına cox az qalıb. Artıq həmin yerdə (beyində) 15% kristallaşma gedir ki, bu da öz təsirini göstərir və Ülviyyənin sol gözündə korlaşma gedir.
Bundan əlavə Ülviyyənin qadın orqanlarında da xəstəliyi var. Elə hər şey də bununla əlaqədar müayinə olunanda bilinib. Əməliyyat üçün 7152 AZN tələb olunur.
|
|
|
 |
Məmmədova Gülnarə xanıma yardıma tələsin |
|
|
Əziz yardım sevər insanlar...
Bu xanım dörd il bundan əvvəl onurğa sütunundan zədələnib və indiyə kimi yatağ xəstəsidir. Həkimlər bu xəstəliyin müalicəsinin olduğunu bildiriblər.
Gülnarə xanımın əməliyyatına on iki min manat pul lazımdır. Onun iki övladı var. Böyük qızı 6-cı sinifdə oxuyur. Balaca oğlu isə ibtidai sinifdə oxuyur. Evin bütün işləri ilə bu körpə qızı məşqul olur.
Onun tək bir arzusu budur ki, ayağa galxıb övladlarına kömək etsin. Çünki övladları çox əziyyyət çəkir ananın yatağ xəstəsi olmağından.
|
|
|
 |
Samir sizdən kömək gözləyir |
|
|
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Salam. Mən İsmayılov Samir Qəzənfər oğlu 24 aprel 1989-cu ildə Ağdam rayonunda anadan olmuşam. İndi isə Təbriz küçəsi, mənzil 50-də yaşayiram. Mən skolioz xəstəliyindən əziyyət çəkirəm.
Bir yaşimdan bu xəstəliyə garşı müalicələr etmişəm, amma müalicələrin mənə heç bir köməyi olmayıb. Skolioz mənim onurğamın əyilməsinə, ürəyimin, ciyərimin və iç organlarımın yaxşı işləməsinə maneə olur, bu da mənə nəfəs almağımı çətinləşdirir və qanımı aşağı salır.
İndi mənə N.Tusi adına klinikada mütləq şəkildə əməliyyat lazımdır.
|
|
|
 |
|
|
Abbasov Turala təcili yardım lazımdır |
|
Abbasov Tural Ehtiram oğlu 1989-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1995-ci ildə qəza nəticəsində ayağı yanmışdır.
O gündən bəri ailəsinin maddi durumunun aşağı olduğuna görə heç bir müalicə almamışdır. Son iki ildə ayağındakı ağrı şiddətlənərək, 6 ay müddətində şisə çevrilmişdir.
|
|
|
 |
Pərvin adlı mömin balaya təcili əməliyyat lazımdır |
|
Əziz xeyriyyəçilər. Pərvin adlı bir yeniyetmə mömin balaya təcili əməliyat lazımdır.Əməliyyat türkiyənin İstambul şəhərində "Dünyagöz Xəstəxanasında" olmalıdır. Pərvinin bir gözü bir neçə uğursuz əməliyyatdan sonra tamamilə kor olub, o biri gözü isə Allah-Təalanın köməyi ilə hələ görür, amma bahalı iynələrin vurulur. Sizdən xaişimiz budur ki, bu balaca fidan balaya Allah-təalanın izni ilə dəstək olasınız.
|
|
|
 |
|
|