Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
təharət (təmizlik)
Dəstəmaz
Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə'na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetrimək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.

Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.
Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.
Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.

Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.
Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Sağ əllə məsh edilməsi ehtiyat vacibdir. Yuxarıdan aşağı olması isə müstəhəbdir.
Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.
Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh etməlidir.
Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.

Dəstəmaz alınması vacib olan əməllər
Altı şey üçün dəstəmaz almaq vacibdir:
1 -Meyyit namazından başqa sair vacibi namazlar üçün;
2 -Unudulmuş təşəhhüd və səcdə və ehtiyat vacibə görə səcdeyi-səhv üçün; (Əgər onlar ilə qıldığı namaz arasında hədəs (sidik kimi) baş vermiş olarsa.)
3 -Kə'bənin vacibi təvafı üçün;
4 -Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzir etsə;
5 -Əgər bədənin hər hansı yerini Qur'anın yazılarına vurmağı nəzir etmişsə;
6 -Nəcis olmuş Qur'anı suya çəkmək, yaxud onu, tualet və s. kimi yerlərə düşdüyü halda çıxartmaq üçün-əgər əli və bədənin başqa yerlərini Qur'anın yazılarına vurmağa məcbur olsalar. Amma dəstəmaz almaq qədərindəki fasilədə Qur'ana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Qur'anı tualetdən çıxartmaq, yaxud nəcis olduğu halda suya çəkmək lazımdır. Mümkün qədər gərək Qur'anın yazısına əl vurulmasın.


Dəstəmazın düzgün olma şərtləri
1-ci şərt: suyu pak olsun.
2-ci şərt : dəstəmazın suyu mütləq olsun.
3-cü şərt : dəstəmazın suyu mübah olsun (qəsbi olmasın) və dəstəmaz alınan yerin fəzası da mübah olsun.
4-cü şərt: dəstəmazın suyunun qabı da mübah olsun.
5-ci şərt: dəstəmazın suyunun qabı qızıl və ya gümüş olmasın.
6-cı şərt: dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.
7-ci şərt: namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.
8-ci şərt: dəstəmazı qürbət qəsdi ilə, yə'ni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.
9-cu şərt: dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yə'ni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Ehtiyat-vacibə görə sağ ayağa sol ayaqdan əvvəl məsh etsin. Əgər bu ardıcıllıqla alınmasa, batildir. Ayaqların məshində sağı soldan qabağa salmaq müstəhəbbidir. Sağ ilə solu bir yerdə məsh etmək olar. Amma əgər solu sağdan müqəddəm etsə dəstəmazı batildir.
10-cu şərt: dəstəmazın əməllərini fasiləsiz olaraq yerinə yetirsin.
11-ci şərt: üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.
12-ci şərt: sudan istifadə olunmasının şəxsə heç bir maneəsi olmasın.
13-cü şərt: dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Dəstəmazi batil edən şeylər
Aşağıda qeyd olunan işlərin hər hansı birindən sonra namaz üçün dəstəmaz almaq vacibdir. Qeyd etmək lazımdır ki, bu işlər «dəstəmazın səbəbləri» və ya «dəstəmazı batil edən şeylər» adlanır.
1- Sidik;
2- İfrazat;
3- İfrazat məxrəcindən xaric olan mə'də və ya bağırsaq yeli;
4- Gözün görmədiyi və qulağın eştmədiyi yuxu (amma əgər göz görməsə amma qulaq eşitsə və əksinə olduqda dəstəmaz batil olmaz);
5- Ağlı aradan aparan şeylər (dəlilik, məstlik, huşdan getmə kimi);
6- Qadının istihazəsi,
7- Qusul alması lazım olan işlər (cənabət kimi) və ehtiyat vacibə görə məss-meyyit.
Qüsl
İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət)
2. Ölən adama toxunduqda (məss-meyyit)
3. Öləndə (meyyit)
4. Qadın adəti üzrə qan görsə (heyz)
5. Qadın adətindən kənar qan görsə (istihazə)
6. Qadın dünyaya övlad gətirərkən (nifas)
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə

Qüsl etməyin qaydası:
1-Niyyət: « Qüsl edirəm qürbətən iləllah » sözlərini qəlbdən keçirmək;
2-Bədənin baş və boyun hissəsini yumaq;
3-Çiyindən ayağa qədər bədənin sağ tərəfini yumaq;
4-Çiyindən ayağa qədər bədənin sol tərəfini yumaq;
Yaxud, əvvəl baş və boyun hissəsini və sonra sağ və daha sonra isə sol tərəflərin suda batırmaqla da qüsl etmək olar.
Hər iki qaydada edilən qüsl, şəriət baxımından düzgün sayılır.
Qeyd etmək lazımdır ki, islam şəriətində vacib və müstəhəb qüsulların hamısı bu qayda ilə həyata keçirilir.

Təyəmmüm
Təyəmmüm Təyəmmümdə vacib olan işlər

Təyəmmümdə dörd şey vacibdir:
1- Niyyət;
2- Iki əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq;
3- Iki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər göyərən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Ehtiyat-vacibə görə əllər qaşların da üstünə çəkilməlidir.
4- Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qayda ilə çəkmək. Təyəmmün lazım olduğu hallar

Bir neçə halda dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.
1: Dəstəmaz və qusul almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;
2: Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, təyəmmüm etməlidir.
3: Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma əgər isti suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul etməlidir.
4: Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf edəsəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (nökər və ya külfət) susuzluqdan öləsəklərindən, yaxud xəstələnəsəklərindən, yaxud da dözülməsi məşəqqətli olan qədər susayasaqlarından qorxsa, dəstəmaz və qusul əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara verib təyəmmüm almalıdır. Həmçinin əgər, sanının hifzi vacib olan bir kəs çox susuz olsa və suyu ona verməyəsəyi halda tələf olacaqsa, suyu ona verib təyəmmüm etməlidir.
5: Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün bir şeyi olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis bədən və ya paltarla namaz qılmalıdır.
6: Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da başqa suyu və yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.
7: Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa (qəza olacaqsa), təyəmmüm etməlidir.

Təyəmmümün səhih olduğu şeylər
Təyəmmüm torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin, bişmiş palçığa (kərpis, kuzə və s.) səhih deyil. Gəc daşına, əhəng daşına, qara mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək səhih deyil. Məgər ki, gəc daşı və s. bişməsə səhihdir.

 
Yükləyin və oxuyun
 

Gündəlik namazlar haqqında məlumat.
Yüklə
Niyə qolları açıq namaz qılırıq?
Yüklə

Musiqi haramdı ya yox?

Yüklə
Milli və Dini günlər.
Yüklə
Əlamət cədvəli.
Yüklə
Tovhid
Yüklə
Səcdə
Yüklə
Namazların sözdəri Yüklə

Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir