Böyük və Qüdrətli Allahdan bu təşəbbüsə öz xeyir duasını verməsini və bunun bütün mömin müsəlmanlar üçün xeyirli olmasını diləyirik! Həmd olsun Allaha-Aləmlərin Rəbbinə! Biz yalniz Ona ibadət edirik və yalnız Ondan kömək diləyirik. Allahın haqq yoluna yönəltdiyini heç kim azdıra bilməz, azdirdığını isə heç kəs haqq yoluna yönəldə bilməz. Şəhadət veririk ki, Allahdan baçqa ibadətə layiq haqq məbud yoxdur.