|
 |
|
Dünyanın ən ağıllı uşaqları |
|
1. Kim Unq Yonq
1962-ci ildə Koreyada doğulan Unq Yonq dünyanın ən ağıllı insanı kimi Ginnesin rekordlar kitabına düşüb. 4 yaşında universitetə gedən koreyalı gənc 15 yaşında Kolorado universitetində müdafiə olunub. 6 yaşına qədər fizika fakültəsində qonaq kimi dərslərə qatılıb. 7 yaşında NASA tərəfindən ABŞ-a dəvət edilib. 1978-ci ildə Koreyaya qayıdaraq yerli universitetlərdən birində dərs deməyə başlayıb. |
|
|
 |
12-ci İmam Məhdi Sahibi-Zaman ağanın(s) mövludu qeyd olundu |
25 iyul 2010-cu il tarixində "Xeyriyyəçilər Klubu"nun novbəti xeyriyyə tədbiri keçirilmişdir.
Tədbir Baki şəşəhərində “Al Su” restoranında həyata keçirildi. 12-ci İmamız Məhdi Sahibi-Zaman ağanın(s) mövludu münasibətilə qeyd olunan bu tədbirə bir çox tanınmışlar, iş adamları, şəhərimizin Əhli-Beyt dini mahnı qrupları da var idi.
Tətbirə Bakı şəhərindən və Azərbaycanın bütün bölgələrindən dindarlar təşrif buyurmuşdular.
|
|
|
 |
Ağlayan körpəni sakitləşdirməyin yolları |
Ağlayan uşağı sakitləşdirmək analar, eləcə də ailənin digər üzvləri üçün ən çətin işdir. Körpəni satikləşdirmək üçün bəzən onu qucaqdan qucağa gəzdirirlər, az qala saatlarla uşaq arabasında yellədirlər. ABŞ-ın məşhur uşaq həkimi Harvey Karp uşağı sakitləşdirməyin 5 asan yolunu tapıb. Bu üsullar 5S adlanır.
1. Uşağı qundaqlamaq.
Amma bu qədim qundaqlamaq üsulu ilə - uşağın əlini ayağını möhkəm sıxmaqla eyni deyil. Körpəni yumşaq parça ilə bükün.
|
|
|
 |
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb |
Səhiyyə Nazirliyinin baş pediatrı isti hava və qida məhsullarından zəhərlənmələrlə bağlı valideynlərə xəbərdarlıq edib.
Son günlər ölkə ərazisində uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı müşahidə olunur. Bu haqda məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev xəstəliyin çoxalmasının havaların həddindən artıq isti keçməsi ilə əlaqədar olduğunu bildirib.
|
|
|
 |
Xeyriyyəçilər Klubu “Əlil və xüsusi qayğıya ehtiyacı olan uşağlar evi”ndə |
İyun ayının 27-si “Xeyriyyəçilər Klubu” Bakının Şağan qəsəbəsində yerləşən “Əlil və xüsusi qayğıya ehtiyacı olan uşağlar evi”ni ziyarət etdilər. Bu səfər həmdə İslam Peyğəmbərinin (s) əzizi, Möminlərin əmiri Həzrət Əlinin (ə) mövludu ilə üst-üstə düşmüşdü. Səfər etməyin səbəbi valideyin nankorluğu nəticəsində isti yuvalarından rəhimsizcəsinə uzaqlaşdırılmış və qayğıdan kənar qalan fidan balalara baş çəkib bu mübarək mövlud ərəfəsində onları sevindirmək idi.
|
|
|
 |
Kim kimdir? |
Mütəxəssislər kişilər haqqında suallara cavab verirlər.
-Doğrudur ki, kişilərin çoxunun kirpiyi qadınlarınkından uzun olur?
-Bu yanlışdır. Saçın sıxlığı, həmçinin kirpiklərin uzunluğu insanın genetik xüsusiyyətindən, yaşadığı yerin iqlimindən və həyat tərzindən asılıdır. Burada cins heç bir rol oynamır. Ona görə də uzun kirpiklər nəsillikcə həm sizə, həm də sevgilinizə keçə bilər.
|
|
|
 |
Ana səsi sakitləşdirir |
|
Uşaqlarından uzaqda olan, onlarla yalnız telefon vasitəsilə danışan analar artıq narahat olmaya bilər. Amerikalı alimlər ana səsinin uşaqlar üzərində təsirini təhlil edib. Nəticədə ananın səsinin belə gərgin olan uşaqları sakitləşdirmək üçün kifayət etdiyi bəlli olub. Təcrübədə yetkinlik dövrü öncəsi qız uşaqlarında oksitosin hormonunun səviyyəsi ölçülüb. |
|
|
 |
Azərbaycanda qız uşaqlarına daha çox hansı adlar qoyulur? |
Bu ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil edib.
|
|
|
 |
Ata və ananın depressiyası uşağa keçir |
|
Ata və ananın yaratmalı olduğu sakit və rahat bir çevrə uşağın inkişafında qidalanma qədər əhəmiyyətlidir. Amerikan alimləri depressiyanın ana və atadan uşağa keçə bildiyini bildirdilər.
Massaçusets xəstəxanasında aparılan araşdırma nəticəsində 380 uşaq müşahidə edilib. Araşdırmada anası və ya atası depressiyada olan uşaqlarda eyni problemin, digər uşaqlara nisbətən doqquz dəfə daha artıq olduğu meydana çıxdı. |
|
|
 |
|
| |
|
| |
|