Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
gündəlik namazlar
"Namaz" fars sözüdür, ərəbcə ona "səlat" deyilir. Namaz insanın Allaha itaətinin ifadəsidir. Şəriətə görə, hər bir müsəlman gündə beş vaxt (sübh, zöhr, əsr, şam, xiftə), 17 rəkət olmaqla namazı icra etməlidirlər. Namaz füruiddinin birinci rüknünü təşkil edir. Namaz müsəlmanların vacib olaraq icra etdiyi ibadət formasıdır.
Namaz qılarkən insan təharətli olmalıdır: əgər qüsl ona vacib olubsa qüsl almalı, dəstəmazı pozulubsa – dəstəmaz almalıdır. Həmçinin bədəndə nəcis olmamalıdır. Namaz qılınan paltar və yer murdar olmamalı, heç kəsdən qəsb olunmamalıdır. Namaz qılarkən üzü qibləyə (müqəddəs Kəbə evinə tərəf) durmaq lazımdır.
Namaz qılan şəxs, alnını üzərinə qoymaq üçün qarşısına möhür qoyur. Möhür adətən İmam Hüseynin (ə) şəhid oluğu müqəddəs Kərbəla torpağından hazırlanır. Möhürdən başqa torpaqdan çıxan və dünya malı üçün istifadəyə yararsız istənilən bir əşya da istifadə oluna bilər, məsələn, daş, qum və s.
Necə namaz qılmalıyıq
Namaz iki növ əməldən təşkil olunmuşdur:
1)Hərəkət və vəziyyətlər;
2)Tilavətlər.
Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir:
1-Düz və aram dayanmaq;
2-Rüku᾽; (əyilmək);
3-Səcdə; (alını yerə və ya möhürə qoymaq);
4-Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
1-Allahu əkbər;
2-Fatihə və surə;
3-Rüku᾽ və səcdələrin zikri;
4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.

Namazın vaxtları
Gündəlik namazlar beş vaxtda qılınır.
1. Səhər gün çıxana kimi qılınan namaz (sübh)
2. Günorta namazı (zöhr)
3. Günorta namazından sonra və hava qaralana qədər qılınan namaz (əsr).
4. Axşam namazı (məğrib)
5. Gecə yarısına kimi qılınan namaz (işa)


Qadınla kişi namazlarının arasında olan əsəs fərqlər

1-Kişilər qısa paltarla da namaz qıla bilərlər və onlar üçün təksə cinsiyyət üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli paltar geyindikləri halda namaz qılsınlar.
Qadınlar isə namazı otaqda tənha olsalar belə, yalnız şər᾽i örtüklə qılmalıdırlar. Şər᾽i örtük dedikdə üz, əllər və ayaqlardan başqa bədənin qalan hissəsini tamamilə örtmək nəzərdə tutulur. Həmçinin bu örtüyün müəyyən bir paltar olması da şərt olunmamışdır. Beləliklə də, bədəni göstərən nazik paltarlar istisna olmaqla, hər hansı bir adi paltarla namaz qılmaq olar.
2-Kişinin ipək paltar geyib qızıldan istifadə etməsi haramdır və belə bir halda namazı batil sayılır. Qadının isə istər namaz, istərsə də başqa hallarda ipək və qızıldan istifadə etməsi caizdir.
3-Kişiyə Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini ucadan, Zöhr, və Əsr namazlarının həmd və surəsini isə asta oxuması vacibdir. Bu hökm qadına vacib deyil, əksinə qadın Sübh, Məğrib və Işa namazlarının həmd və surələrini uca və ya asta oxumaqda ixtiyara malikdir.
Amma bununla belə, onlara da kişilər kimi Zöhr və Əsr namazlarının qiraətini asta oxumaq vacibdir.
4-Heç bir halda namaz kişinin boynundan götürülməz, qadınlar isə aybaşı (heyz) və nifas hallarında namaz qılmamalıdırlar. Bu günlərdə qılmadıqları namazların qəzası vacib də deyildir. Oruclarının qəzasını isə tutmalıdırlar.

Təkbirətul-ehram
Namaz “Allahu Əkbər” deməklə başlayır və buna təkbirətul-ehram deyilir. Çünki, bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur. Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.

Namazların qılınması qaydası
Sübh namazı 2 rikətdən, məğrib namazı 3 rikətdən, işa, zöhr və əsr namazları isə 4 rikətdən ibarətdir. Zöhr, əsr və işa namazları eyni qaydada qılınır, sadəcə niyyətləri fərqlidir.

Sübh namazı
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Səcdə
17. Dizi üstə oturmaq
18. Səcdə
19. Dizi üstə oturmaq
20. Təşəhhüd
21. Salamlar

 

Məğrib namazı
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd
20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Təşəhhüd
29. Salamlar

 

Zöhr, əsr və işa namazları
1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd
20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Qiyam
29. Təsbihətül-ərbəə
30. Rüku
31. Qiyam
32. Səcdə
33. Dizi üstə oturmaq
34. Səcdə
35. Dizi üstə oturmaq
36. Təşəhhüd
37. Salamlar

Namazın sözləri və tərcüməsi
İqamə

Allahu əkbər (2 dəfə) (Allah böyükdür)
Əşhədu ənla ilahə illəllah (2 dəfə) (Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə) (Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir)
Əşhədu ənnə Əliyyən vəliyullah (2 dəfə, azanın tərkib hissəsi deyil) (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir)
Həyya ələs-səlah (2 dəfə) (Namaza tələsin)
Həyya ələl-fəlah (2 dəfə) (Nicat tapmaq üçün tələsin)
Həyya əla xeyril-əməl (2 dəfə) (Ən xeyirli əmələ tələsin)
Qəd qamətis-səlah (2 dəfə) (Namazı bərpa edin)
Allahu əkbər (2 dəfə) (Allah böyükdür)
La ilahə illəl-lah (1 dəfə) (Allahdan başqa məbud yoxdur)

Təkbir
Allahu Əkbər (Allah böyükdür)

Fatihə surəsi
Bismillahir-rəhmanir-rəhim. (Rəhmli və mərhəmətli Allahın adı ilə)
Əlhəmdü lillahi rəbbil aləmin (Allaha - aləmlərin Rəbbinə həmd olsun)
Ər-rəhmanir-rəhim. (Həmd olsun rəhmli və mərhəmətli olana)
Maliki yaumiddin (Haqq-hesab gününün sahibinə)
İyyakə nəbudu və iyyakə nəstəin. (Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
İhdinəs-sıratəl müstəqim. (Bizi doğru yola yönəlt)
Sıratəl-ləzinə ən-əmtə əleyhim ğayril məğzubi əleyhim vələz-zallin. (Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azanların yoluna yox)

İxlas surəsi

Bismillahir-rəhmanir-rəhim. (Rəhmli və mərhəmətli Allahın adı ilə)
Qul huvallahu əhəd. (De ki, Allah təkdir)
Allahus-səməd. (Allah möhtac deyildir)
Ləm yəlid və ləm yuləd. (O, nə doğmuş, nə də doğulmuşdur)
Və ləm yəkul-ləhu kufuvən əhəd. (Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur)

Qunut

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” (Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər) (Həmçinin Qunutda başga dualarda deyə bilərsiniz)

Təsbihati-ərbəə
Subhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər. (3 dəfə). (Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür )

Rüku
Subhanə rəbbi-yəl Azımi və bi-həmdih. (Rəbbim pakdır, əzəmət və həmd sahibidir)

Səcdə
Subhanə rəbbi-yəl Əla və bi-həmdih. (Rəbbim pakdır, ucadır və həmd sahibidir)

Təşəhhüd
Əlhəmdü lillah. (Allaha həmd olsun)
Əşhədü ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh. (Şəhadət verirəm ki, Allahdan başqa ilahi yoxdur. O, təkdir və şəriksizdir)
Və əşhədü ənnə Muhəmmədən abduhu rəsuluh. (Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur)
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. (Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)

Salamlar
Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. (Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!)
Əssəlamu əleyna və əla ibadillahis-salihin. (Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!)
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. (Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun)

 
Yükləyin və oxuyun
 

Gündəlik namazlar haqqında məlumat.
Yüklə
Niyə qolları açıq namaz qılırıq?
Yüklə

Musiqi haramdı ya yox?

Yüklə
Milli və Dini günlər.
Yüklə
Əlamət cədvəli.
Yüklə
Tovhid
Yüklə
Səcdə
Yüklə
Namazların sözdəri Yüklə

Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir