Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
namazlarlar
Ayət namazı:
Ayət namazı iki rük`ətdir və hər rük`ətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

Fitr və Qurban bayramı namazları:
Fitr və Qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə “Həmd” surəsindən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib ruku və iki səcdə edib ayağa qalxmalı,

İkinci rəkətdə isə, “Həmd” surəsindən sonra dörd təkbir deyilməli və hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra ruku və səcdələri yerinə yetirib təşəhhüd və salamları deyib namazı qurtarmaq lazımdır.
Fitr və Qurban bayramı namazlarında qiraətin ucadan deyilməsi müstəhəbdir. Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa kifayətdir, amma, daha yaxşı olar ki, bu dua oxunsun:
“Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə idən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.”

Ğufeylə namazı:
Ğufeylə namazı şam ilə işa namazı arasında qılınır. Namaz iki rəkətdən ibarətdir. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu`minin.
İkinci rəkətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yə`ləmu ma fil-bərri vəl-bəhri, və ma təsqutu min vərəqətin illa yə`ləmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.
Qunutda bu dua oxunmalıdır:
Əllahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi.
Sonra bu dua oxunur:
Əllahummə əntə vəliyyu ne`məti, vəl-qadiru əla təlibəti, tə`ləmu hacəti, fə əs`əlukə bi həqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li.

Vəhşət namazı:
Vəhşət namazı 2 rəkətdir. Meyyid dəfn olunan gecə işa namazından sonra qılınır. Qılınma qaydası belədir: Sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd surəsindən sonra Ayətul-kursi, ikinci rəkətdə isə həmd surəsindən sonra 10 dəfə Qədr surəsi oxunur. Namaz qıldıqdan sonra deyirsən: "Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Vəbəs səvabəha ila qəbri «fulan»" (fulan kəlməsinin yerinə mərhumun adını deyirsən).

Qədr gecəsinin namazı:
Qədr gecəsinin namazı 2 rəkətdir.
Sübh namazı kimi qılınır, amma birinci və ikinci rəkətdə həmd surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur.
Namazı bitirdikdən sonra dərhal səcdəyə gedib 70 dəfə istiğfar “Əstəğfurullahə rəbbi və ətubu illəyh” demək lazımdır. Qılınma vaxtı Qədr gecəsi ehtimal olunan gecə sübh azanına kimidir.

Nafilə namazları
Müstəhəb namazlar arasında, gecə-gündüz naflə namazlarının qılınmasına daha çox tövsiyə olunubdur. Onlar, cümə günü istisna olmaqla, 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, ikisi sübh namazının nafiləsidir. İşa namazının nafiləsini, ehtiyat-vacibə əsasən oturan yerdə qılınmalı olduğuna görə, bir rəkət hesab olunur və onun ehtiyat-lüzumi hökmündə olmadığını demək də qeyri-mümkün deyil. Amma cümə günündə zöhr və əsrin on altı rəkət nafiləsinə dörd rəkət də əlavə olur ki, onların da qılınma qaydası, dua kitablarında, “cümə ğününün əməlləri” bölməsində deyilmişdir.
Zöhr namazının nafiləsi onun özündən əvvəl qılınır. Onun vaxtı, zöhrün əvvəlindən başlayıb, əmələ gələn kölgənin şaxisin uzunluğunun yeddidə ikisini keçənədəkdir; məsələn: əgər şaxisin uzunluğu yeddi qarış olsa, günortadan sonra görünən kölgənin uzunluğu, iki qarışa çatdığı zaman, zöhr namazı nafiləsinin axır vaxtıdır.
Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır. Onun vaxtı isə şaxisin zöhrdən sonra əmələ gələn kölgəsinin şaxisin uzunluğunun yeddidə dördünə çatdığı vaxtadəkdir. Əgər zöhrün, yaxud əsrin nafiləsini ondan sonra qılmaq istəsə, gərək zöhrün nafiləsini zöhr namazı, əsrin nafiləsini də əsr namazını qıldıqdan sonra qılsın. Həmçinin, hər iksini zöhr və əsrdən sonra qıla bilər. Ehtiyat-vacibə görə əda və ya qəza niyyəti də etməsin. Həmçinin, əgər zöhrün nafiləsini əsrdən sonra qılarsa, (əda və qəza niyyəti etməsin).
Cümə günü, zöhr və əsrin nafiləsini zöhrdən qabağa salmaq olar və dua kitablarında, cümə gününün əməlləri bolməsidə müfəssəl şəkildə deyilən dörd rəkəti də ona əlavə etmək olar. Hətta, cümə günlərindən başqa da zəruri səbəbə görə, (hərçənd ki, o zəruriyyət adi olsun), zöhrdən sonra qıla bilmədiyi halda, ondan qabağa sala bilər. Deməli, camaat namazda, imamın nafilə qılmayacağını anlasa və məmum həm nafilənin savabını qazanmaq, həm də camaat namazında da iştirak etmək istəsə, nafiləni zöhrdən qabaq qıla bilər və zöhrün əvvəl vaxtında camaat namazına çata bilər.
Məğrib nafiləsinin vaxtı məğrib namazı tamam olandan sonra başlayaraq, məğribdən sonra Günəş qürub etdiyi zaman günbatan tərəfdə əmələ gələn qızartının aradan getdiyi vaxta qədər davam edir.
İşa namazının nafiləsinin vaxtı, işa namazı başa çatdıqdan sonra başlayaraq, gecə yarısına qədər davam edir. Daha yaxşı olar ki, işa namazından sonra dərhal qılınsın.
Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və onun vaxtı birinci fəcrdən sonra başlayaraq məşriq tərəfdə qızartı yarananadəkdir. Birinci fəcrin nişanəsi “sübh namazının vaxtı” bölməsində deyildi və sübhün nafiləsini, axşam nafiləsıninin arxasınca fasiləsiz olaraq qılmaq mümkündür.
Gecə nafiləsinin vaxtı, gecə yarısından başlayaraq sübh azanına qədərdir. Daha yaxşı olar ki, sübh azanına yaxın vaxtlarda qılınsın.
Səfərə çıxan və o şəxs ki, gecə nafiləsini gecə yarısından sonra qılmaq onun üçün çətindir, onu gecənin əvvəlində qıla bilər.

Cümə namazı:

Cümə günü zöhr namazının vaxtında qılınır. Cümə namazı 2 xütbə və namazdan ibarətdir.
Xütbələrin vacibi miqdarı:
1.Allaha həmd etmək. 2.Allaha səna (tərif) etmək 3.Peyğəmbər (s) və Əhli-Beytinə salam və salavat göndərmək! 4.Camaatı təqvaya dəvət etmək. 5.Qurani-Kərimin kiçik surələrindən birini oxumaq.
Qeyd: Xütbə ayaq üstə oxunur və xütbə söyləyəyn iki xütbə arasında bir qədər oturur.
Cümə namazı 2 rəkətdən ibarət olub, birinci rəkətində rukudan qabaq, ikinci rəkətdə isə rukudan sonra qunut tutulur.
Müstəhəbdir ki, birinci rəkətdə həmd surəsindən sonra Cümə surəsi, ikinci rəkətdə isə həmd surəsindən sonra Munafiqun surəsi oxunsun.

Təvaf namazı:
Təvaf namazı həcc ziyarətinə gedən hər bir müsəlmanın Kəbəni yeddi dəfə dolandıqdan sonra qıldığı iki rəkət namaza deyilir.
Bu namazı Kəbədə - "Məqami-İbrahim" adlanan yerdə durub aşağıdakı kimi niyyət edib qılmaq lazımdır: "İki rəkət təvaf namazı qılıram, vacib qürbətən iləllah".

Meyit namazı:
Meyit namazının gündəlik və digər namazlardan fərqi bundadır ki, bu namazda "azan", "iqamə", "həmd və surə", "qunut", "rükü", "səcdə"lər, "təşəhhüd" və "salam" yoxdur. Beş "təkbirdən", yəni "Allahu-Əkbər"dən ibarətdir.
Meyit namazı - meyit yuyulub qüsl və kəfən ediləndən sonra icra olunur. Meyit namazını həyətdə, məscidin həyətində və ya qəbirstanda xüsusi hazırlanmış yerdə qılmaq olar. Meyit namazı qılarkən belə niyyət edilir: "Namaz qılıram bu hazır (qadın olarsa, hazirə) olan meyitə vacib qürbətən iləllah". Molla meyit namazına başlayarkən, ayaq üstə dayanıb "Əssəlatü, Əssəlatü, Əssəlah" dedikcə, namaza dayananlar da onu təkrar edir və ürəklərində aşağıdakı kimi niyyət edirlər: "Namaz qılıram bu hazır (meyit qadın olarsa, "hazirə" deyilməlidir) olan meyitə, vacib qürbətən iləllah" - deyərək əllərini qulaq bərabərinə qədər qaldırıb "Allahu-Əkbər" deməklə birinci təkbiri edirlər. Qarşıda dayanan molla meyit namazında oxunan duanı oxuduqca, onun arxasında dayanan şəxslər həmin sözləri dinləyib sakit dayanırlar.
Meyit namazının forması belədir: Meyit namazında 5 təkbir var.
Birinci təkbirdən sonra deyilir: “Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah.”
İkinci təkbirdən sonra deyilir: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
Üçüncü təkbirdən sonra deyilir: “Əllahumməğfir lil-mu'mininə vəl-mu'minat.”
Dördüncü təkbirdən sonra ölmüş şəxs kişidirsə “Əllahumməğfir li hazəl-məyyit” deyilir.
Beşinci təkbirdən sonra namaz başa çatır.
Meyitə namaz qılan şəxs üzüqibləyə durmalıdır və meyit onun qarşısında arxası üstə uzadılmalıdır. Meyitin başı namaz qılan şəxsin sağ tərəfində, ayaqları isə solunda olmalıdır.
Namaz qılan şəxs meyitdən uzaq olmamalıdır.

Gecə namazı:
Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1/3 hissəsidir.
İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 dəfə 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır.
1-ci rükətdə “Fatihə” və “İxlas”, 2-ci rükətdə “Fatihə” və “Kafirun” surələri oxumaq mustəhəbdir. Qunutda dua edilir. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (ə) zikrini demək savabdır.
Sonra 2 rükət “Şəf” namazı qılınır. 1-ci rükətində “Fatihə”dən sonra “Nas”, 2-ci rükətində «Fatihə»dən sonra “Fələq” surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət “Vətr” namazı qılınır.
“Fatihə”dən sonra 3 dəfə “İxlas” və 1 dəfə “Fələq”lə “Nas” surələri oxunur.
Sonra qunut tutulur, 40 nəfər möminin bagişlanması üçün dua edilir və ya hamısını nəzərə alarag “Allahumməğ-fir lil-mömininə vəl möminat” demək olar.
Sonra 70 dəfə istiğfar edilir “Əstəğfurullahə rəbbi və ətubu illəyh”,
70 dəfə “haza-məqamul-aizu bikə minən-nar” deyilir,
300 dəfə “Əl-əfv” söylənir. Ruku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.

Təsbih namazı:
Təsbih namazı dörd rükətli bir namazdır. Hər rükətində 75 dəfə “Sübhanallahi vəl-hamdu lilləhi və lə iləhə illəllahu vallahu Əkbər” cümləsi oxunur.
* İlk və ikinci rükətdə “Fatihə”dən əvvəl 15 dəfə
* “Fatihə” və surə oxunduqdan sonra 10 dəfə
* Rükuda 3 dəfə “Subhanə-Rabbiyəl azim” dedikdən sonra 10 dəfə
* Rükudan qalxandan sonra 10 dəfə
* Səcdədə 3 dəfə “Subhanə Rabbiyəl ala” deyilndən sonra 10 dəfə
* Səcdədən qalxıb oturanda 10 dəfə
* İkinci dəfə səcdəyə gedib 3 dəfə “Subhanə Rabbiyəl ala” deyiləndən sonra 10 dəfə
Beləcə, 4 rekətdə cəmi 300 təsbih oxunmuş olur.
Bu namazı heç olmazsa həyatında bir dəfə qılmaq tövsiyə edilir


 
Yükləyin və oxuyun
 

Gündəlik namazlar haqqında məlumat.
Yüklə
Niyə qolları açıq namaz qılırıq?
Yüklə

Musiqi haramdı ya yox?

Yüklə
Milli və Dini günlər.
Yüklə
Əlamət cədvəli.
Yüklə
Tovhid
Yüklə
Səcdə
Yüklə
Namazların sözdəri Yüklə

Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir