|
 |
|
Valideyn və övlad münasibətləri |
|
Bu mövzu bəşər tarixinin hər bir dövründə aktual olmuşdur. Çünki cəmiyyətə yararlı və qiymətli bir şəxsiyyət yetişdirmək işi valideynlərin üzərinə düşən şərəfli bir vəzifədir. Valideynin şəxsi nümunəsi tərbiyə işində son dərəcə böyük rol oynayır. Övlad ata-ana timsalında ictimanı, əməksevərliyi, insanlara münasibəti və s. dərk edir.
Deməli, biz övladımızı düzgün tərbiyə etmək üçün ilk növbədə özünü tərbiyəyə daha çox diqqət yetirməliyik. |
|
|
|
 |
Evin kiçik sakinləri |
|
Uşaq - hər bir evin yaraşığı və sevincidir. Bizim gələcəyimizdir! Hər bir uşaq ailəsinə xoşbəxtlik və fərəh gətirir. Amma bu, həmişə belə olmur. Bəzən onlar ailələrinin bədbəxt olmalarının da səbəbkarı olurlar. Bəs valideynlərini kədər və göz yaşları içində boğan, cəmiyyətə ziyan vuran uşaqların belə olmalarının səbəbi nədədir və yaxud kimdədir? Kimdir günahkar? Söhbət açmaq istədiyimiz mövzu valideynlərin uşaqları qarşısında daşıdığı bəzi öhdəliklər barəsindədir. |
|
|
 |
Yetim və kimsəsizlərə qayği göstərmək |
|
Mö᾽minlərə sevinc bəxş etməklə yanaşı, islam dininin tövsiyə etdiyi xeyirxah işlərdən biri də yetim və kimsəsizlərin qayğısına qalmaq və onları himayəyə götürməkdir. Ata-anasını itirmiş kimsəsiz uşaqların qayğısına qalan müqəddəs islam dini bu məsələyə xüsusi diqqət yetirmiş və müsəlmanlara valideyn himayəsindən məhrum qalan uşaqlara qarşı qayğıkeş olmalarını və onları nəvaziş göstərmələrini tövsiyə etmişdir.
|
|
|
 |
Kimsəsizlər evi və biz |
|
Onlar biz idik. Amma bu gün həmin adamları kimsəsizlər evinə təhvil verib xəcalət çəkməyənlər də, utanmayanlar da, heç olmazsa ayda bir dəfə belə olsun ziyarət etməyənlər də bizik.
Yolum kimsəsizər evinə düşmüşdü. Unudulmuş, atılmış atalar, analar, babalar, nənələr. Əslində, bu ev başqa adla adlanır, ancaq hamı buraya kimsəsizlər evi deyir. Kimsəsizlər... |
|
|
 |
Xeyriyyəçi Ağa Musa Nağıyev |
|
Həyatı
Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. Milyonşu Ağa Musa Nağıyev “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı. |
|
|
 |
Bakı Xeyriyyəcisinin həyatından |
|
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağıyev adi bənna idi. Bu adi bənna, milyonçu olandan sonra yaxşı ictimaiyyətçi olur. O, ilk növbədə "Kaspi" qəzetinin nəşrini təşkil edir. Yeri gəlmişkən, bu qəzetdə həm o vaxtkı müsəlmanların nöqsanlarına toxunulur, həm də bu nöqsanların aradan qaldırılması yolları göstərilirdi. Bundan əlavə, o, kəndlərə gedir, məscidlərdə şəxsən çıxışlar edərək kəndliləri mədəniyyətə çağırırdı. |
|
|
 |
Talassemiya nədir? |
|
Sağlam bir övlada sahib olmaq üçün ailə qurmaqdan öncə mütləq talassemiya testindən keçin.
Talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Ana və ata hər ikisi talassemiya daşıyıcılarıdırlarsa, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər.
Qeyd etmək lazımdır ki, valideynlərin hər ikisi daşıyıcı olduqları təqdirdə ananın hər hamiləliyi zamanı xəstə uşaq dünyaya gətirmək riski 25%-ə bərabər olur. |
|
|
 |
Qardaşın Mehdiyə öyrətdikləri |
|
Mehdi məktəbdən çıxıb evə getmək üçün avtobus dayanacağına gəldi. O, dayanacaqda avtobus gözləyən bir neçə uşağın söhbətinə şahid oldu. Onların biri əl-qol ataraq yüksək səslə danışır, bir yandan da paltarına və əlindəki oyuncaq maşınına işarə edirdi. Bir az diqqətlə dinlədikdən sonra Mehdi danışılanları daha yaxşı anladı.
Ona məlum oldu ki, yüksək səslə danışanın adı Azərdir. Azər dostlarına bahalı paltarı və oyuncaqlarının gözəlliyindən danışırdı. |
|
|
 |
Dua |
|
Dua-bu sözün mənası sığınmaq, xahiş etmək və yalvarmaq mənasını verir. Daha düzgün tərif versək dua, hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.
Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə özündən daha böyük bir gücə sığınmaq istəyir. |
|
|
 |
Uşaq oyunu |
|
Oyun uşağın gələcəyindən xəbər verir!
Oyun - uşaq üçün nəfəs almaq kimi vacibdir. Birinci sinifə gedənə qədər onun ən böyük məşğüliyyət və əyləncəsi oynamaqdır. Uşaq üçün oyun bir növ fəaliyyətdir.
İslam dini uşağın rahat oynaması üçün lazımi şəraiti yaratmağı əmr etmişdir. İmam Sadiq (ə) buyurub:
"Uşağı oynaya bilməsi üçün yeddi yaşına qədər rahat buraxın". |
|
|
 |
Budur hikmət |
Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır.
|
|
|
 |
Onlara dəstək olaq! |
İnsanlar Allahın yaratdığı ən gözəl varlıqlardır.Hər bir insan Yaradanından aldığı həyat,sağlamlıq,ruzi ve s.bəxş edilənlərə görə Allaha şhükr etməkdənsə,daha da naşükürlüklər edib bu gözəllikləri anlamır,nadanlıq edir,bunun nəticəsində də həyata düzgün baxışını itirərək sözün əsl mənasında “kor”-a çevrilir.İnsan Allahın bəxş etdiyi zaman aralığında yaşayaraq həyatda müəyyən yeri tutur.Fərd olaraq ailə qurur ki,bu ailədən də uşaqlar meydana gəlir.
|
|
|
 |
Sağlam uşaq |
Uşağın sağlam böyüyüb, inkişaf etməsi üçün ilk növbədə onun qidalanmasına diqqət y etirmək lazımdır. Yəni ki, uşağın qidası zülal, vitaminlər, mineral duzlarla zəngin olmalıdır. Gələcəyimiz olan körpələrimizi sağlam böyütməliyik. Orqanizmin əsas” tikinti materialları” zülallardır desək, yanılmarıq. Belə ki, zülalla ən zəngin qida lar ət, quş əti, balq, yumurta və süddür. Uşağın bədən sümüklərinin möhkəm inkişaf etməsi üçün tərkibində Ca (kalsium) olan qidalar qəbul edilməlidir.
|
|
|
 |
|
| |
|
| |
|