|
 |
|
Cinayət məsuliyyətinə cəlb olunan uşaqlarla nə etməli... |
Hər zaman uşaqları gələcəyimiz hesab edirik. Amma bəzən bilmədən də, onların gələcəyini əlindən alırıq. Sözsüz ki, burda onların da günahı az deyil. Məsələn, uşaqların başından böyük hərəkəti nəticəsində həbs edilməsi məsələsinə görə, böyüklərin təfəkküründə ikili münasibət formalaşır. Bir qisim insanlar belə uşaqların həbs olunması, qapalı müəssisələrə cəlb edilməsi və beləliklə bu yolla tərbiyələnməsinin tərəfdarıdır, digər tərəf isə bu yolun uşaqları əksinə uçuruma doğru apardığını iddia edir.
|
|
|
 |
İnsanın özünü ən xoşbəxt hiss etdiyi saat |
İnsan bədəninin hər bir işi yerinə yetirmək üçün ideal saatı mövcuddur. Türkiyənin Qaziantəp Universiteti Bədən Tərbiyəsi və İdman Məktəbinin müdiri, həkim Kürşat Karacabey bildirib ki, insanların hansı saatda hansı işi görməli olduqları onların genlərində kodlaşdırılıb.
"Yaradan bütün insanların saatını qurub. Elm adamları gün ərzində insanların hansı saatda hansı işi görməli olduqlarını müəyyən ediblər", deyə K. Karacabey qeyd edib.
|
|
|
 |
Ailədə yaranan problemlər |
Dünyada boşanmaların bir neçə əsas səbəbi var.
1. Kasıbçılıq, fəqirlik və imkansızlıq.
2. Ərlə arvad arasında mövcud olan anlaşılmamazlıq.
Kasıbçılıq, fəqirlik və imkansızlıq. Ailədə yaranan problemlərin birinci səbəbi maddi çətinliklərdir. İslam dininin göstərişlərinə əsasən ailəni dolandırmaq, onun maddi cəhətdən təmin etmək kişinin vəzifəsidir. Kişi çöl işlərinə, qadın isə ev işlərinə baxmalıdır.
|
|
|
 |
Ailədə qadın və kişinin vəzifələri |
Qurani Kərimin Rum surəsinin 21-ci ayəsində buyurulur: "...Onun (qüdrət) nişanələrindən (biri də), ünsiyyət qatmağınız üçün sizə zövcələr yaratmasıdır. Onlarla sizin aranızda dostluq (məhəbbət) və mərhəmət yaratdı. Həqiqətən bunda, anlayıb-düşünən qövm üçün böyük ibrətlər vardır."
İslam dinində ailə qurmağı (istər qızlara, istərsə də oğlanlara) çox təkidlə tapşırmışlar. Dinə görə mədəni, mənəvi insanlardan (kişi və qadın) təşkil olunmuş ailə nümunəvi və dəyərli olmalıdır.
|
|
|
 |
Ümidin insan həyatında rolu |
Ümidli olmaq - insan həyatının ən böyük stimullarındandır. Əgər insan ölüm vaxtını bilsəydi, heç bir işə əl vurmazdı. Əgər bilsə ki, bir neçə ildən sonra öləcəkdir, heç bir işə başlamazdı. Ancaq gündəlik işləri ona kifayət edərdi. Ölümdən xəbərsiz olmaq - həyata ümiddir. Bu ümid nəticəsində insan dərs oxuyur, böyük işlər görür, evlənir, ailə qurur. Quran ümidi bəşər həyatındakı mühüm amil adlandırmışdır. Bəyan edir ki, ümid insanı iş görməyə sövq edər.
|
|
|
 |
Tanrı mükafatı |
"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (Ənam surəsi, 160-cı ayə)
Həqiqətə istinadla.
Hər cümə axşamı valideynlərinin məzarı üstə «Yasin» surəsi oxumaq üçün getdiyi qəbristanlıqda-adi günlərin birində, təsadüfən görmüşdü onu Əhməd kişi. Və bu təsadüf, sonralar adətkarlıqdan doğan unudulmaz bir tanışlığa çevrilmişdi.
|
|
|
 |
Həyat yoldaşı seçimində əsas meyarlar |
Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur , uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki , aralarında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar . Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu zaman düzgün meyarlardan istifadə olunmasından asılıdır.
|
|
|
 |
Övladlığa uşaq götürmək üçün nə lazımdır? |
Cəmiyyətimizdə yaşananlar hamımızı düşünməyə vadar edir. Bir tərəfdən doğmaları tərəfindən atılan körpələr, səbəbindən asılı olmayaraq onları atan vicdansız valideyinlər, digər tərəfdən atılan məsum uşaqlara qahmar çıxan yad kəslər. Görəsən onların hansı daha doğmadır? Saniyəlik səhv ucbatından dünyaya övlad gətirərək, sonradan onu həyatın amansız caynağına atan ananı doğma saymaq görəsən daha düzgün olar, yoxsa atılmış körpəyə ömrünü həsr edən yad qadını?
|
|
|
 |
Tövhid və ata - anaya yaxşılıq |
İslam məktəbində etməli və etməməlilər məcmuəsi və hüquqlar bəyan edilmişdir ki, o cümlədən: Allahın insan üzərindəki haqqı, valideynin insan üzərindəki haqqı və digər. İslamın məşğul olduğu ən dəqiq məsələlərin çox sayda bəhsləri vardır ki, əlbəttə bu bəhslərdə ata və ananın övladı üzərindəki haqları və övladın valideynlərinə görə vəzifələri tədqiq edilir.
Allah Təala Quran-Kərimdə insanın valideynə görə vəzifələrini xüsusi diqqətlə bəyan etmişdir. Bu məsələ haqda Məsumların (ə) hədislərində də çox bəhs edilmişdir.
|
|
|
 |
Həqiqi qayğının qiyməti neçiyədir? |
Qocalar – bu sözü dilimə g ə tirərkən belə çox çətinlik çəkirəm. Çünki, bir zamanlar bu qocalarda bizlər kimi usaq, gənc olmuş ömrünün ən gözəl cağlarını bir üzü sevincli- bir üzü kədərli yaşamışlar. Sevib-sevilib, ailə qurub, dünyaya övlad gətirib, ata-ana olub, oğul toyu edib, qız köçürüb, baba-nənə olub beləcə yaşa dolublar. İndi bu qocaların sizcə nəyə ehtiyacı ola bilər? Əl əsir, göz tutulur, qulaq eşitmir, kimisi isə hələ də sağlam gənc ürəyə sahibdirlər.
|
|
|
 |
Xeyirxaqlıqda tapılan xoşbəxtlik |
Özünü dərk edən hər bir insan düşünməlidir. Mən kiməm? Bəziləri üçün asan, bəziləri üçün çətin olan bu sualın sadə bir cavabı var: Mən insanam! İlahi tərəfindən bu uca ada layiq görüldüyümüz üçün nə qədər xoşbəxtik! Ancaq bəzən unuduruq bu xoşbəxtliyi və...
Çox heyif ki, bu uca ada layiq ola bilmirik zaman-zaman. Bəs bizə nə unutdurur xoşbəxtliyimizi? İçində yaşadığımız dünya, yoxsa içimizdə yaşatdığımız həyat? Bəlkə, yaşamaq istəyib, yaşaya bilmədiyimiz həyat, dünya?
|
|
|
 |
Stress və ondan qurtulma yolları |
Stress hər bir insanın gündəlik həyatının tərkib hissəsidir. Yəni, qida, hava və su kimi ondan qaçmaq mümkün deyil. Bəs stress nədir? Niyə görə biz, gündəlik həyatımızda stressə məruz qalırıq?
Stress ingilis sözü olub, insanın psixi halətində baş vermiş gərginlik və sıxıntını bildirir. Qarabağ müharibəsi və sayrı müharibələrdə qətliam edilməsi ilə əlaqədar olaraq, insanlarda uzunmüddətli stress yaranıb.
|
|
|
 |
Dua və ibadət faydaları |
Bəlkə də bu sual bizi narahat edə bilər ki, axı biz niyə dua edirik? İbadətin nə kimi faydaları və təsirləri vardır? Biz iki nəzərdən bu məsələyə yanaşacağıq: Birinici: dini nəzərdən. İkinci isə elmi və təcrübi kəşflər nəzərindən.
Dini nəzərdən duanın faydaları
Məsum İmamların (ə) hədislərinin bir çoxunda duanın faydaları qeyd edilmişdir.
|
|
|
 |
İslamda ailə |
İslama görə, ailə müqəddəs bir qurumdur. Çünki cəmiyyəti formalaşdıran qurum məhz ailədir və əgər ailə müqəddəsdirsə, demək onun sirr və qanunları da müqəddəsdir. Lakin bütün ailələr deyil, yalnız o ailələr müqəddəsdir ki, Allahın qanunları əsasında və Ona xatir qurulmuş olsun. Şəxsi mənafe və ya zinakarlıqla qurulan ailələr bu dəstəyə aid deyil. Deməli, nəyinsə müqəddəsləşməsi üçün Allahın ona dəyər verməsi lazımdır.
|
|
|
 |
Peyğəmbər və uşaqlar |
1430 il əvvəl. Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimiz (s.ə.v.v) hicrət səfərini bitirib hələ o vaxtlar Yəsrib (sonradan Mədinə) adlanan şəhərə daxil olur. Böyükdən kiçiyə hamı həsrətində olduqları Peyğəmbəri (s.ə.v.v) sevinclə dolu göz yaşları ilə, "Vida təpələrindən ay doğdu üzümüzə və şükür etmək vacib oldu bizə!" nəğməsi ilə qarşılayır. Peyğəmbər (s.ə.v.v) dəvəsindən düşür, hamı onu qucaqlayıb əlindən, üzündən öpmək istəyir.
|
|
|
 |
|
| |
|
| |
|