Azərbaycan “Xeyriyyəçilər Klubu” İctimayi Birliyi 2007-ci ildə bir qrup könüllü, daimi xeyriyyəçilər tərəfindən təsis edilmişdir. Adından məlum olduğu kimi, əsas məqsədimiz xeyir işlərə vəsilə olmaq və hər bir kəsi əlindən gələn qədər xeyir işlərdə öz yardımını əsirgəməməyə səsləməkdi. Bununla bərabər cəmiyyətin digər təbəqəsindən olan zavallı qocalara kimsəsiz uşaqların ehtiyaclarının ödənilməsində dövlət və qeyri dövlət təşkilatlarına yaxından yardım etməkdir.
Fəaliyyətə başladığı gündən bəri “Xeyriyyə klubu”muz bir çox uğurlu layihələrdə iştirak etmişdir ki, bunları saytımızın oxucuları ilə bölüşmək istərdik.
10 May Umum Milli Liderimizin doğum gününü xeyriyəçilərimiz özünə məxsus qeyd etdi.
Klubumuzun fəal üzvləri 10.05.2008-ci il tarixində Şağan qəsəbəsində yerləşən əqli cəhətdən zəif uşaqlar evini ziyarət etmişlər. Tədbirdə uşaqlara geyim əşyaları, rəngli karandaş və albomlar paylanmışdır. Maraqlı viktarinalarla uşağların əylənməsində fəal iştirak edən xeyriyyəçilər musiqi nömrələri ilədə uşaqların könlünü oxşamışdır. Təqribən iki saat davam edən bu tədbir “Xeyriyyə klubu”nun ilk və uğurla həyata keçirilən layəhələrindən olmuşdur.
25.06.2008-ci il tarixində 20 yanvar metrosu yaxınlığında yerləşən 1 saylı uşaq xəstəxanasını ziyarət edən klub üzvləri, xəstə uşaqları rəngarəng hədiyyələrlə sevindirmişlər. Uşaqların prablemləri ilə tanış olan klub üzüvlərimiz imkanları dairəsində bu balaca fidan balalara yardımlar etmişlər. Uşaqlar onlara göstərilən dərin qayğı və diqqətdən sonsuz fərəh hissi keçirmişlər.
Növbəti tədbir 16.07.2008-ci ildə Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş tutmuşdur. Valideyn himayəsindən kənarda qalan uşaqların sonsuz sevincinə səbəb olan bu ziyarət zamanı uşaqlara geyim əşyaları, şirniyyat məmulatları, məktəb ləvazimatları paylanmış, onlarla şən viktorinalar keçirilmişdir. Oynaq musiqi nömrələri altında rəqs edən uşaqlar keçirilən bu tədbirdən çox razı qaldıqlarını dilə gətirmişlər. Şən klounların çıxışı isə hamının könlüncə olmuşdur. Məhşur estarada müğənnisi Samir Əhmədin çıxışı ilə tədbirə bir ayrı ahən qatılmışdır.
Klub üzvlərinin ziyarət etdiyi digər uşaq evi Zabrat qəsəbəsində yerləşən “22 saylı uşaq evi” olmuşdur. 05.08.2008-ci ildə bu uşaq evində keçirilən tədbir çox şən və maraqlı keçmiş, paylanılan hədiyyələr, süfrələrə düzülən şirniyyat məmulatları və şən klounların yumoristik nömrələri uşaqların zövqünü oxşamışdır. Nur ilahilər qrupunun üzüvləri isə bu tədbirə bir ayri gözəllik qatmışdır.
“Xeyriyyə klubu” 05.09. 2008-ci il tarixində kimsəsiz uşaqlarla şəhər gəzintisi təşkil edilmişdir. Gözəl bir yay gününə təsadüf edən bu gəzinti zamanı uşaqlar Fəvvarələr meydanında yerləşən “Mc.Donalds”da nahar etmiş, daha sonra milli parkda müxtəlif yelləncəklərə minmiş, rəngarəng kompüter oyunları oynamışlar. Uşaqların çox sevdiyi heyvanat bağına səyahət də bu gəzintinin tərkibinə daxil edilmişdir. Bu gün uşaqlar üçün çox əyləncəli və unudulmaz gün olmuşdur.
Ziyarət edilən uşaq evləri sırasında sözsüz ki Günəşlidə yerləşən “3 saylı uşaq evi” də vardır. Şən klounlar iştirak etdiyi və sevimli müğənni Samir Əhmədin öz şux mahnıları ilə çıxış etdiyi bu tədbirdə uşaqların böyük marağına səbəb olan viktorinalar keçirilmiş və onlar üçün gözəl çay süfrəsi hazırlanmışdır. Çox uğurla keçən bu tədbir isə 22.09.2008-ci ildə baş tutmuşdur.
24.10.2008-ci il tarixində müqəddəs “Qurban bayramı” münasibətilə əlaqədar geniş qanvermə aksiyası keçirilmişdir. Onlarla insanın qoşulduğu aksiya “Xeyriyyə klubu”nun uğurla həyata keçirdiyi növbəti layihələrdən biri idi. Qan xəstəliyindən əziyyət çekən uşağlara yardıma tələsən xeyriyyəçilər bu tədbirdədə uğurla iştirak edmişlər. Talasimiya və Leykoz xəstələri üçündə qan bəxşi etmişlər.
Nur ilahilər qrupunun bir-birindən gözəl mahnıları ilə rəng qatdığı başqa bir tədbir isə 09.11.2008-ci ildə “Buzovnadakı Qocalar evi”ndə gerçəkləşmişdir. Həmin gün yaşanan digər əlamətdar bir hadisə, qocalar evinin sakinləri olan iki yaşlı insanın kəbinin kəsilməsi mərasimi olmuşdur. Bu əlamətdar hadisə isə xeyriyyəçilərimiz üçün bir fəxr və uğur oldu.
22.12.2008-ci ildə Razin qəsəbəsində yerləşən Səbinə şadlıq evində kimsəsiz uşaqlar və kimsəsiz qocalara yardımla əlaqədar xeyriyyə konserti keçirilmişdir. Tədbir iştirakçılarına “Sən də xeyrə vəsilə ol!” başlıqlı broşuralar paylanmışdır. Aktyor hacı İlham Əzizin aparıcılığını etdiyi tədbirdə Nur qrupu ən yeni ilahilərini tədbir iştirakçılarına təqdim etmişdir. Xeyriyyə klubunun üzvü Fərid tədbirdə göstərdiyi dəstəyə görə iştirakçılara Təşəkkürnamə təltif etmişdir.Gülarə Munisin gözəl nitqilə söylədiyi şerlər hər kəsin könlünü oxşayırdı.
Kimsəsiz uşaqlar üçün hazırlanmış yeni il şənliyi 28.12.2008-ci ildə Azəri şadlıq evində gerçəkləşmişdir. Şənlikdə aktyor İlham Əzizin duzlu və məzəli lətifələri uşaqlarda gülüş doğurmuş, meyxanaçı Sadiqin söylədiyi meyxana gurultulu alqışlarla alqışlanmışdır. Nur qrupu gözəl ilahiləri ilə böyüklü-kiçikli bütün şənlik iştirakçılarının ruhunu oxşamışdır. Şirniyyat süfrəsi ətrafında əyləşmiş 300-ə yaxın uşaq üçün hədiyyələr paylanmış, şairə Gülarə Munisin müəllifi olduğu uşaqlar üçün şerlər kitabı müəllifin özü tərəfindən uşaqlara hədiyyə edilmişdir. Şənlikdə “Yeni il”in əsas atributları olan Şaxta baba və Qar qız da uşaqların görüşünə gəlmişlər. Klounlar da öz şən çıxışları ilə uşaqları əyləndirmişlər.
“Xeyriyyəçələr Klubu” növbəti tədbiri 22.02.2009 tarixinə təsadüf etdi.
Şüvəlan qəsəbəsində yerləşən “1 saylı uşağ evi”ni ziyarət edən Xeyriyyəçilər bu internatdakı uşağlarla yaxından tanış olub onların prablemləri ilə marağlandılar. İdman zalında bu körpə fidan balalarla müxtəlif oyunlar oynanıldı. “1 saylı internat”la tanış olan “Xeyriyyəçələr Klubu”nun üzüvləri körpələrlə bir masa ətrafına əyləşdi hazırlanmış təamlardan dadılıdı. Bu balalarla viktarinalar keçrildi hədiyyələr paylanildı. Sonda “1 saylı internat” sakinləri ilə Klub üzüvləri xatirə şəkilləri çəkdirdilər.
26.03.2009-cu il tarixində “Xeyriyyəçilər klubu” Şamaxı rayonunda yerləşən “1 saylı ruhi-əsəb internat evi”nə yola düşmüşdür. Müxtəlif yaş kateqoriyalarından olan ruhi-əsəb xəstələrin sakini olduğu bu internat evin ində tədbiri parodist İLHAM ƏZİZ açıq elan etdi öz duzlu-məzəli lətifələri ilə xəstələrin çöhrələrində şirin təbəssüm doğurdu. “Nur qrupu” öz gözəl ilahiləri ilə tədbirin dahada möhtəşəm etdi. Sonda xatirə şəkilləri çəkdirildi və tədbir təşkilatçıları ilə internat sakinləri yaxından tanış oldular.
“Xeyriyyəçilər klubu” olaraq biz yenede bizi böyüdüb boya başa çatdıran indi ise ömrünün bu anlarını qocalar evində keçirən insanları yaddan çıxartmadıq və 17 may 2009-cu il tarixində Şamaxı şəhərində olan kimsəsiz və əsəb gərginliyindən əziyyət çəkən qocaları ziyarət etdik.
Gənc müğənni Məleykə Muradova , İlqar Yusif, Həqiqət, Rövşənin ifaları bu məclisə qeyri adi abuhava gətirdi. Meyxana ustadları Mehdi Əkbərov və Azad Kərimli xalqımızın söz sənəti ilə çıxış etdilər.Kərbəlayi Vüqar və Rafiq ilahi mahnılarla hər kəsi bir anlıq keçmişlərə apardı. Sonda xatirə şəkilləri çəkdirildi və tədbir təşkilatçıları ilə internat sakinləri yaxından tanış oldular.
12.07.2009 tarixində “Xeyriyyəçilər klubu”nun könüllü gəncləri “3 saylı uşaq evi”nə ziyarət təşkil etdilər. Gəncləri bir araya toplayaraq bu tədbiri keçirən “Xeyriyyəçilər klubu”nun əsil məqsədi digər gənclərə örnək olmaq, onlarda xeyirxahlıq duyğusunu aşılamaq, həm də bizim mənəvi dəstəyimizə ehtiyacı olan körpələrə baş çəkmək idi.
Tədbir əyləncəli şəkildə təşkil olunmuşdu. Tədbirdə bir sıra müğənnilər də iştirak edirdilər. Körpələrimiz onların şən mahnılarının sədaları altında çox gözəl şənlənirdilər. Gənclər uşaqlarla müxtəlif oyunlar oynadılar. Onlarla birlikdə dedilər, güldülər, şənləndilər, sevgilərini paylaşdılar. Balacalara müxtəlif hədiyyələr paylanıldı. Yemək süfrəsi açıldı. Uşaqlar həm yedilər, içdilər, həm də əyləndilər. İyul ayın 12-si həm “Xeyriyyəçilər klubu” üçün, həm də uşaqlar üçün çox yaddaqalan, həm də çox maraqlı oldu. Bu gün hələ uzun zaman nə gənclərin, nə də uşaqların yaddaşından silinməyəcək.
Avqust ayının 23-çü “Xeyriyyəçilər klubu”nun könüllü gəncləri yenə də uşaq evlərindən birinə ziyarətə getdilər. Bu dəfə onların xeyriyyə amacıyla üz tutduqları məkan Yeni Günəşlidə yerləşən “2 saylı uşaq evi” idi. Özləriylə klounlar və marağlı viktorinalar aparan gənclər uşaqları xeyli əyləndirdilər. Tədbiri məhşur parodiya ustamız Elməddin və Könül Yazar aparırdılar. Ümumiyyətlə 23.08.2009-cu il tarixi həm “Xeyriyyəçilər klubu” üçün, həm də “2 saylı uşaq evi”nin uşaqları üçün çox maraqlı və yaddaqalan oldu. Sonda “Xeyriyyəçilər klubu” və “2 saylı uşaq evi”nin sakinləri xatirə olarag kollektiv şəkil çəkdilər.
Bayram gözəllikdir, bayram qəlblərin çiçək açdığı, dərdlərin unudulduğu zamandır. Bayram onu yaşaya bilənlərin, onu paylaşa bilənlərin dostudur. Necə ki, ayın 20-si onu yaşamaq üçün, onu paylaşmaq üçün “Xeyriyyəçilər klubu” getmişdir Əmircan qəsəbəsində yerləşən “7 saylı internat məktəbi”nə. Ayın 20-si hamı orda idi. Müğənnilər, klounlar, musiqi, uşaqlar və biz. Ayın 20-si “Xeyriyyəçilər klubu” ilə birgə öz sevgilərini paylaşmaq üçün, “7 saylı internat məktəbi”nə müğənnilər “Yeni Ulduz” Vüqar, “ Azəri Star Rövşən, Mehriyə, Məleykə, meyxanaçılar Azad, Mehdi, “Azəri Star” Fəridə də gəlmişdilər. Kloun rolunda çıxış edən aktyorlarımız da təbii ki orada idilər. Sənət incəlikdir. İncəsənət insanının da incə qəlbi olmalıdır ki, o incəlikdən anlaya bilsin.
Sevmək Allahın bizə verdiyi əmanətdir. Əmanətə sahib çıxın və Onun yaratdıqlarını sevin ki, O da sizi sevsin. Və sadəcə sevmiyin, həm də sevginizi isbat etmək üçün daim sevdiklərinizin yanında olun. Çünki unutmayın ki, sizin sevgiyə ehtiyacınız olduğu üçün o var. Sevgiyə ehtiyacınız olduğu üçün sevdiklərinizin yanında olun. Necə ki, “Xeyriyyəçilər klubu” sentyabr ayının 20-si sevdiklərinin yanında idi....
28 noyabr tarixində, Qurban bayramı munasibəti ilə “Xeyriyyəçilər Klubu” “3 saylı uşaq evi”ni ziyarət etdilər. Təxminən 30 nəfərdən ibarət olan klub üzvləri və dəvət olunmuş incəsənət numayəndələrinin iştraki ilə tədbir keçirildi.
Müğənnilərdən Samira və sayrıları uşaqlar üçün oxuyub, oynadılar. Uşaqlar böyük həvəslə qulağ asırdılar və çox sevinirdilər, hərə öz məharətini göstərməyə calışırdı. Sonra klounların çıxışı oldu.
Nisbətən kiçik uşaqlar üçün viktorina və cürbəcür oyunlar keçirildi və axırda qaliblərə hədiyyələr verildi. Sonra uşaqlar üçün nahar süfrəsi açıldı. Müxtəlif təamlarla və meyvələrlə bəzədilmiş masalar arxasında onları əyləşdirib, nuşcanlıqla nahar etmələrindən həzz aldıq.
“Xeyriyyəçilər Klubu” 2010-cu ilin ilk tədbirini Şüvəlan qəsəbəsində yerləşən “1 saylı uşaq evi”ndə keçirdi. Yanvar ayının 24-ü yenidən bir yerə toplaşan klub üzvləri növbəti xeyriyyə aksiyasını reallaşdırmaq üçün Şüvəlan qəsəbəsində yerləşən “1 saylı uşaq evi”nə yollandılar.
Gənc xeyriyyəçilərin bu dəfəki tədbiri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ehsan süfrəsinin açılması idi. Onlar ücün gözəl nahar süfrəsi salındı. Daha sonra aksiya iştirakçıları uşaq evinin balaca sakinləri ilə şəkillər çəkdirdilər, onlarla xeyli sohbət elədilər. Sonda isə uşaqların hər birinə hədiyyələr təqdim olundu.
Bakı şəhərinin bir çox kimsəsiz uşaq evlərini gəzib yardım edən "Xeyriyyəçilər klubu"nun üzvləri bu dəfə aprel ayının 18-zi yollarını Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evinə saldılar. Müxtəlif ərzaq məhsulları və hədiyyələrlə onları sevindirməyə çalışdıq. Qrupumuz tərəfindən klounların uşaq evinə aparılması körpələrin və uşaqların adi həyat tərzinə balaca da olsa, rəngarənglik qatdı. Xeyriyyəçilərimiz uşaqların şəraiti ilə maraqlanıb, qaldıqları yerlərlə tanış oldular. Məlum oldu ki, uşaq evinin su ilə bağlı problemləri var. Bunu görən dostlarımız 5 tonluq çən alıb uşaq evinin həyətində yerləşdirməyi qərara aldılar.
May ayının 30-zu “Xeyriyyəçilər Klubu” və gələn qonaqlarla birlikdə Bakının Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi ”ni ziyarət etdilər. Bu səfər həmdə İslam Peyğəmbərinin (s) əziz qızı, xanımlar xanımı, dünya və axirətin yaranma səbəbi olan Fatiməyi-Zəhranın (s.ə.) mövludu ilə üst-üstə düşmüşdü. Bura səfər etməyin səbəbi övlad nankorluğu nəticəsində isti yuvalarından rəhimsizcəsinə uzaqlaşdırılmış və qayğıdan kənar qalan qocalara baş çəkib bu mübarək mövlud ərəfəsində onları sevindirmək idi. Tədbir müqəddəs kitabımız Qurani-kərimin tilavəti ilə başladı. Mərasimin apracısı Xanım Fatimənin (s.ə.) fəzilət və məqamı barədə qısaca məlumat verdikdən sonra sözü “Xeyriyyəçilər Klubu”nun əməkdaşına verdi. Daha sonra tədbirdə iştirak edən dini qruplardan “Azərbaycan”, “Əhli-Beyt” və “Kövsər” öz gözəl, unudulmaz və mənəviyyat dolu ifaları ilə Qocaların və qonaqların qəlblərini oxşayaraq dərin izlər qoydular.
İyun ayının 27-si “Xeyriyyəçilər Klubu” Bakının Şağan qəsəbəsində yerləşən “Əlil və xüsusi qayğıya ehtiyacı olan uşağlar evi”ni ziyarət etdilər. Bu səfər həmdə İslam Peyğəmbərinin (s) əzizi, Möminlərin əmiri Həzrət Əlinin (ə) mövludu ilə üst-üstə düşmüşdü. Səfər etməyin səbəbi valideyin nankorluğu nəticəsində isti yuvalarından rəhimsizcəsinə uzaqlaşdırılmış və qayğıdan kənar qalan fidan balalara baş çəkib bu mübarək mövlud ərəfəsində onları sevindirmək idi. Xeyriyyə məqsədi ilə Allah-təala yolunda toplanılmış vəsait vasitəsi ilə körpələrə bayram süfrəsi verildi. Demək olar ki, Allah-təalanın izni ilə qarşıya qoyulan məqsədə çatmaq mümkün oldu. |