Xeyriyye.com saytı Allah-taalanın izni ilə 2008-ci ildən Sizlərin xidmətindədir. Saytın adından məlum olduğu kimi, əsas məqsədimiz
xeyir işlərə vəsilə olmaq və bu saytla tanış olan hər bir kəsi əlindən gələn qədər
xeyir işlərdə öz yardımını əsirgəməməyə səsləməkdi.
Xeyriyyəçi Klubu olaraq yarandığımız vaxtdan, yani 2007-ci ilin yanvar ayından bəri, yardımsevər insanların maliyyə dəstəyi ilə bir cox uşaqlar və qocalar evlərini ziyarət etmiş, bu evlərdə bayram konsertləri və digər tədbirlər keçirmiş, həmçinin kimsəsiz uşaqlar və qocalara yardım məqsədi ilə
xeyriyyə konsertləri təşkil etmişik.
Bu tədbirlərdən əldə olunmuş vəsait və
xeyriyyəçi insanların maliyyə dəstəyi ilə yardıma ehtiyacı olan kimsəsiz, ailə başçısını itirmiş ailələrə ərzaq və digər kömək göstərmiş, xəstə, lakin dərman almaq və əməliyyata imkanı çatmayan yoxsul insanlara bacardığımız yardımı etməyə çalışmışıq. Allah-talanın köməkliyi ilə qarşıda daha böyük layihələrə imza atmaq niyyətindəyik.
Saytımıza ünvanlanan məktublarınız üçün: xeyriyye@xeyriyye.com
Sayt rəhbərliyinə ünvanlanan məktublarınız üçün: admin@xeyriyye.com