Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
əhli-beyt
"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir.

Məhəmməd Peyğəmbər (s)
Birinci Məsum
Adı: Məhəmməd, Əhməd, Məhmud (s).
Məqamı: Xatəmul ənbiya (Peyğəmbərlərin sonuncusu)
Ləqəbi: Mustəfa, Həbibullah, Rəsulullah, Həzrət Məhəmməd (s.ə.v.v.)-ın 103 ləqəbi vardır.
Künyəsi: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-mü г ərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa.
Atasının adı: Abdüllah.
Anasının adı: Amənə binti Vəhəb.
Təvəllüdü: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı.
Doğulduğu yer: Məkkeyi Müəzzəmə.
Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü).
Evləndiyi tarix: Rəbiul-əvvəl ayının 10-da , 25 yaşında .
Övladlarının sayı: 7 (3 oğul, 4 qız).
Oğlanları:
1. Qasim (Tahir), 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir, 3. İbrahim (anası Mariyədir).
Qızları:
1. Zeynəb, 2. Rüqəyyə, 3. Ümmü Gülsüm, 4. Fatimə (salamullahi əleyha).
Ömrü: 63 il
Peyğəmbərlik dövrü: 23 il
Şəhadət tarixi: Səfər ayının 28-də ,1-ci gün , günəş batmazdan qabaq.
Vəfat etdiyi il: Hicrətin11-ci ili.
Şəhadət səbəbi: Yeməyinə qatılmış zəhər.
Qatilin adı: Xeybərli yəhudi qadın.
Dəfn olduğu yer: Mədineyi-Münəvvərə.
Babaları: Məhəmməd İbni Abdullah İbni Əbdul Mutəllib,İbni Hamim İbni Əbdumənaf.Bunaların nəsli İsmail ibni İbrahimə yetişir.
Ana tərəfdən: Amənə binti Vəhəb ibni Mənaf ibni Zöhrə ibni Kəlaba yetişir.
Mübarək üzüyündəki yazı: Kəlimeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah).

İmam Əmirəl-möminin Əliyyibni Əbutalib (ə)
İkinci Məsum
Adı: Әli (ə)
Ləqəbi: Әmirəl-möminin
Künyəsi: Əbül-Həsən, Əbül-Həsəneyn, Əbüs-Sibteyn, Əbür-Reyhanəteyn, Əbuturab.
Atası: Əbutalib (Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-ın əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib).
Anası:
Fatimə binti Əsəd.
Doğulduğu gün: 13 Rəcəb, cümə günü.
Doğulduğu yer:
Allah Evi (Kəbeyi-Mükərrəmə).
Doğulduğu il:
Amül-fildən 30 il keçərkən.
Xəlifəliyi: Hicrətdən 35 il sonra
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63
Övladlarının sayı: 36 (18 oğlan, 18 qız).
Oğlanları:
1. Həsən Müctəba (əleyhissаlam), 2. Hüseyn (əleyhissalam), 3. Məhəmməd ibn Hənəfiyyə, 4. Əbbasül-Əkbər (Əbül-Fəzlil-Əbbas), 5. Əbdüllahül-Əkbər, 6. Cəfərül-Əkbər, 7. Osmanül-Əkbər, 8. Mühəmmədül-Əsğər, 9. Əbdüllahül-Əsğər, 10. Əbdüllah (Əbi Əli), 11. Ovn, 12. Yəhya, 13. Məhəmmədül-Övsət, 14. Osmanül-Əsğə, 15. Əbbasül-Əsğər, 16. Cəfərül-Əsğər, 17. Ömərül-Əkbər, 18. Ömərül-Əsğər.
Qızları: 1. Zeynəbi-Kübra, 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm), 3. Rəmlətül-Kübra, 4. Ümmül-Həsən, 5. Nəfisə, 6. Rüqəyyətül-Suğra, 7. Rəmlətül-Кübrа, 8. Rüqəyyətül-Kübra, 9. Məymunə, 10. Zeynəbi-Suğra, 11. Ümmü Hani, 12. Fatimeyi-Suğra, 13. Əmamə, 14. Xədiceyi-Suğra, 15. Ümmü Gülsüm, 16. Ümmü Sələmə, 17. Həmamə. 18. Ümmü Kiram.
Şəhadət tarixi: Cümə gecəsi, 21 Ramazan.
Şəhadətə çatdığı il:
Hicrətdən 40 il keçərkən.
Şəhadət səbəbi: O həzrət Kufə məscidində xəvaricdən olan İbni Mülcəmin qılınc zərbəsi ilə şəhid edilmişdir.
Dəfn olunduğu yer: İraq, Nəcəfi Əşrəf.
Üzüyündəki yazı: “Əl-mülkü lillahil-vahidil-qəhhar” (Mülk və səltənət Vahid və Qəhhar Allaha məxsusdur).

Xanım Fatimeyi-Zəhra (s.ə)
Üçüncü Məsum
Adı: Fatimə (ə).
Ləqəbi: Zəhra.
Künyələri:
Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.
Atası:
Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
Anası:
Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).
Anadan olduğu gün: 20 Cəmadiüs-sani.
Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.
Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əvvəl).
Övladlarının sayı: 4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.
Oğlanları:
1. Həsən (əleyhissalam), 2. Hüseyn (əleyhissalam).
Qızları:
1. Zeynəbi-Kübra, 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.
Şəhid olduğu il:
11-ci hicri ili.
Ömrü:
18 il.
Şəhadətinin səbəbi:
Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
Dəfn olunduğu yer: Məlum deyil.
Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

İmam Həsən Müctəba (ə)
Dördüncü Məsum
Adı: Həsən (ə)
Ləqəbləri: Müctəba, Təqiyy, Zəkiyy, Seyyid, Sibt.
Künyəsi: Әbu Məhəmməd
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi-Zəhra (s.ə.)
Babası: Peyğəmbər (s)
Anadan olduğu gün: 25 Ramazan.
Doğulduğu yer:
Mədineyi Münəvvərə.
Anadan olduğu il:
Hicrətdən 2 il sonra.
Şəhid olduğu gün:
7 Səfər.
Şəhid olduğu il:
49-cu hicri ili.
Ömrü:
47 il.
Övladlarının sayı:
15 (8 oğlan, 7 qız)
Oğlanları:
1. Zeyd, 2. Həsən, 3. Ömər, 4. Qasim, 5. Əbdüllah, 6. Əbdürrəhman, 7. Hüseyn, 8. Təlhə.
Qızları:
1. Ümmül-Həsən, 2. Ümmül-Hüseyn, 3. Fatimə, 4. Ümmü-Əbdüllah, 5. Fatimə, 6. Ümmü Sələmə. 7. Rüqəyyə.
Şəhadət səbəbi: Ə
şəsin qızı Cödə, Müaviyənin hiyləsi ilə o Həzrəti zəhərləmişdir.
İmamlıq müddəti: 10 il
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə, “Bəqi” qəbiristanlığı.
Üzüyündəki yazı: “Əl-izzəti lillah” (İzzət və qüdrət yalnız Allaha məxsusdur).

İmam Hüseyn Seyyidüşşühəda (ə)
Beşinci Məsum
Adı: Hüseyn (ə)
Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi-Zəhra (s.ə.)
Babası: Peyğəmbər (s)
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer:
Mədineyi-Münəvvərə.
Doğulduğu il:
Hicrətdən 3 il sonra.
Övladlarının sayı:
6 (4 oğlan, 2 qız).
Oğlanları:
1. Əli Əkbər, 2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam), 3. Cəfər, 4. Əbdüllah.
Qızları:
1. Səkinə. 2. Fatimə.
Şəhid olduğu gün:
Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
İmamlıq müddəti: 10 il
Ömrü: 58 il
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri. (İraqda).
İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar. (Biharul-ənvar /27/113).

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla. (Cameus-səğir /1/14).

 
Yükləyin və oxuyun
 

Gündəlik namazlar haqqında məlumat.
Yüklə
Niyə qolları açıq namaz qılırıq?
Yüklə

Musiqi haramdı ya yox?

Yüklə
Milli və Dini günlər.
Yüklə
Əlamət cədvəli.
Yüklə
Tovhid
Yüklə
Səcdə
Yüklə
Namazların sözdəri Yüklə


Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir