Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
məqalələr
Dua və ibadət faydaları
Bəlkə də bu sual bizi narahat edə bilər ki, axı biz niyə dua edirik? İbadətin nə kimi faydaları və təsirləri vardır? Biz iki nəzərdən bu məsələyə yanaşacağıq: Birinici: dini nəzərdən. İkinci isə elmi və təcrübi kəşflər nəzərindən.

Dini nəzərdən duanın faydaları
Məsum İmamların (ə) hədislərinin bir çoxunda duanın faydaları qeyd edilmişdir. Dua bir çox ruhi və cismi dərdlərin dərmanıdır. İmam Muhəmməd Baqir (ə) buyurur: “Sənə eşq olsun dua, onun sayəsində hər bir dərdin dərmanı var”.

İslamın varlıq aləminə baxışına görə, dünya illət və məluldan, yəni səbəb və nəticədən ibarətdir. Ona görə də yaradılış nizamında hər bir hadisə səbəb nəticəsində yaranar. Necə ki, İmam Cəfər Sadiq (ə) buyurur: “Allah hər bir şey üçün qapı və yol qərar vermişdir”.

Ona görə də Allah Təala insanın ruhi və cismi dərdlərdən qurtarması üçün də yol göstərir. Bu yollardan biri - dua və ibadətdir. Əmirəl-möminin (ə) buyurur: “Dua -nicatın açarı və həqiqət xəzinəsidir” . Başqa yerdə buyurur: “Dua Pərvərdigarın bağışlama və rəhmət açarıdır və bütün hacətlərin qələbə vaistəsidir. Allahın yanında olan xeyir və yaxşlığa çatmaq mümkün deyildir, ancaq duaya çatmaq olar”.

Bəli, dua Allah rəhmətinin nazil olmasına bais olur və Quran bu məsələyə xüsusi diqqət edir: “Əgər sizin dualarınız olmasa, Allah sizə diqqət etməz”.

Dua həmişə rəhmət və nemətin cəlb edilməsi üçün deyildir. Bəzən də əzab və bəlaların dəf edilməsi üçündür. Necə ki, “səd” sözünün iki mənası vardır. Bəzən su toplamaq və insanları və tarlaları suvarmaq mənasında istifadə edilir, bəzən də çayların tüğyanının və qəzəbinin qarşısının alınması mənasında işlədilir. Dua da hədislərə görə bəzən İlahi rəhməti cəlb etməkdir, bəzən də bəlaları dəf və uzaqlaşdırmaqdır. Əmirəl-möminin (ə) buyurur: “Bəlaların dalğasını dua vasitəsilə uzaqlaşdırın”.

Dua həyatın düyünlərini aça da bilər, gələn bəlaları uzaqlaşdıra bilər və gələ bilən çox sayda çətinlikləri dəf edə bilər. Peyğəmbər (s) buyurur: “Pərvərdigarınızı gecə və gündüz çağırın. Çünki möminlərin silahı - duadır”.

İmam Rza (ə) öz səhabələrinə tövsiyə edərdi ki, özlərini Peyğəmbərlərin silahı ilə təchiz etsinlər. Soruşduqda: “Peyğəmbərlərin silahı nədir?” Buyurur: “Dua”.

İmam Musa ibni Cəfər (ə) buyurur: “Təqdir olmuş, ancaq imzalanmamış bəlanı dua rədd edər. Əgər kimsə, bu zaman Allahı çağırar və öz istəklərini istəyər, bəlanı geri qaytarar”.

Həzrət Yunis öz qəbiləsinə qarğış edir və bəla gəlir. Hətta onun gəlmə saatı belə aydın olur. Yunis bəla nazil olmamaışdan qabaq Abid ilə bir yerdə şəhərini tərk edir. Bəla müəyyən olan vaxtda nazil olur. Ancaq Yunisin qəbiləsi Allahdan onları bağışlamaları üçün dua edirlər. Onlar təqdir olmuş bu bəlanı dua ilə uzaqlaşdırırlar.
Elmi kəşflər baxımından duanın faydası

21-ci əsrin insanı elmi tərəqqinin köməyilə həyatın müxtəlif sahələrində özü üçün rahatlıq və komfort yaradır. İnsan öz əziyyətlərin çox hissəsini dəzgahların və aparatların üzərinə qoymuşdur. Bu əsrin insanı bütün əsrlərin ən varlı insanıdır. Ancaq bunu qeyd etmək lazımdır ki, eyni zamanda, bütün əsrlərin ən iztirablı insanıdır. Həqiqət budur ki, elm və təcrübədə olan bu rahatlıq, din və etiqaddakı kimi deyildir. Maddi elm və təcrübənin bizə verdiyi nemət - rahatlıq və komfortdur. Düzgün əqidənin bizə bəxş etdiyi şey isə vüqar və təmkindir.

Bəşər uzun müddət təbiətdən və hisslərindən qafil olduqdan sonra, özünü madiyyat ilə məşğul edir. Rifahla dolu həyatında nəyinsə çatışmamasını dərk edir, ancaq bu çatışmamazlığı heç bir şeylə doldura bilmir. Bu günün insanı özünü mənəviyyatsız və tənha hiss edir. Bir şeyin dalınca gedir ki, ona bu puç həyatdan nicat versin. Ona görə də bu gün bəşərin ruhunu müalicə edən və insanların psixoloji xəstəliklərinə əlac verən mütəxəsislərin sayı artmaqdadır.

İnsanın sağlamlığı ilə əlaqəsi olan etiqadi rəftarlardan birinin dua olduğu sübut edilmişdir. Bu gün dindən uzaq olan alimlər də belə, duanın faydalarına diqqət etməyə başlayıblar. Onlar təcrübi yolla sübut etmişdirlər ki, dua və ibadətin insan həyatında təsirli rolu vardır. Fransanın məşhur alimi Karl Elkins “İbadət” adlı kitab yazmışdır ki, bu mövzuya bir din alimi kimi deyil, materialist bir tədqiqatçı kimi yanaşmışdır. O, bu kitabda deyir: “İbadət - yatmaq, yemək və içmək kimi dərin ehtiyaclardan sayılır ki, təbii fitrətə malikdir”.

Vilyam Ceyms bu fikirdədir ki, ali dəyərlərin və daha üstün bir qüdrətin mövcudluğuna inam - insan ruhiyyəsinin sağlamlığı üçün zəruridir. Son zamanlar Qərb alimlərin əksəriyyəti bəzi xəstəliklərin dua ilə müalicə olunduğunu söyləyirlər. Bu xəstəliklərə depressiya, ürək xəstəlikləri və sairi misal göstərmək olar. Şeffild Halam institutunun bir tədqiqatçısı sübut etmişdir ki, daha çox dua etmək daha az depressiyaya və iztiraba səbəb olar. O insanlar ki, davamlı olaraq, dua edirlər daha üstün izzəti-nəfsə malikdirlər. Araşdırmalar göstərmişdir ki, özünü yandırmaq istəyən və ya digər yolla intihar etmək istəyən insanların ən yaxşı müdafiə peyvəndi - cəmiyyətdə mənəvi ruhiyyənin inkişaf etdirilməsi və insanların dua və ibadət etməyə təşviq edilməsidir.

Bookmark and Share
"DƏYƏRLƏR"
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir