Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
yardım edin
Ələkbərova Ülviyyə yardımınızı gözləyir!!!

Ələkbərova Ülviyyə 1991-ci ildə İmişli rayonunda anadan olmuşdur.18 yaşı var. Anası ilə birlikdə Suraxanı rayonu, kərpic zavodunun, daş karxanasında sığınacaq tapib. Atası isə İmişli rayonunda iflic xəstəliyi diaqnozu ilə xəstəxanada yatır. Ülviyyənin beyin nahiyyəsinin ənsə payında şiş aşkar edilib. Bir neçə ay bundan öncə “Mərkəzi Klinik Xəstəxanası”nda əməlliyatın 1-ci hissəsi həyata keçirilmişdir. Həkimi: Hikmət; Cərrahı: Kamal Hepkup.

Əməliyyatın 1-ci hissəsindən 4 ay sonra Ülviyyə yenidən əməliyyat olunmalıdır. Bu vaxtın tamam olmasına cox az qalıb. Artıq həmin yerdə (beyində) 15% kristallaşma gedir ki, bu da öz təsirini göstərir və Ülviyyənin sol gözündə korlaşma gedir.

Bundan əlavə Ülviyyənin qadın orqanlarında da xəstəliyi var. Elə hər şey də bununla əlaqədar müayinə olunanda bilinib. Əməliyyat üçün 7152 AZN tələb olunur. Anası, Ələkbərova Sənəm xanım kərpic zavodunda fəhlə kimi işləyir (kərpic daşıyır).

Yaşadıqları daxmada nə masa, nə stul, nə soyuducu, daha dəqiq desək, bir neçə gün bundan əvvəl onlara pay gətirilən iki çarpayıdan başqa heç nə yoxdur.
GƏLİN ONLARDAN ÖZ KÖMƏYİMİZİ ƏSİRGƏMƏYƏK!!!

Ülviyyənin hələ 18 yaşı var, onun hələ bir çox həyata keçməyən arzuları var….

Elaqə nömrəsi: (+99 455) 827-43-72 (Tural)

 
Allahın Peyğəmbəri (s): Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

1
2
3
Bookmark and Share
   
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir