Uşaqlarından uzaqda olan, onlarla yalnız telefon vasitəsilə danışan analar artıq narahat olmaya bilər. Amerikalı alimlər ana səsinin uşaqlar üzərində təsirini təhlil edib. Nəticədə ananın səsinin belə gərgin olan uşaqları sakitləşdirmək üçün kifayət etdiyi bəlli olub.
Təcrübədə yetkinlik dövrü öncəsi qız uşaqlarında oksitosin hormonunun səviyyəsi ölçülüb. Araşdırmada 7-12 yaş arası 61 qız uşağı iştirak edib. Onlar ilk öncə tanımadıqları şəxslər qarşısında çıxış edib. Daha sonra qızlar 3 qrupa bölünüb.
Bir qrup anaları ilə birbaşa ünsiyyət qurub, ikinci qrup anaları ilə telefonla danışıb, üçüncü qrupda olan uşaqlar isə anaları ilə bu və ya digər şəkildə ünsiyyətdə olmayıb.