Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
xəbərlər
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb
Səhiyyə Nazirliyinin baş pediatrı isti hava və qida məhsullarından zəhərlənmələrlə bağlı valideynlərə xəbərdarlıq edib.
Son günlər ölkə ərazisində uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı müşahidə olunur. Bu haqda məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev xəstəliyin çoxalmasının havaların həddindən artıq isti keçməsi ilə əlaqədar olduğunu bildirib.

Səhiyyə Nazirliyinin baş pediatrı isti havanın eyni zamanda qida məhsullarından zəhərlənmə və bir sıra digər xəstəliklərin yayılmasına da səbəb olduğunu vurğulayıb, valideynlərə diqqətli olmağı məsləhət görüb: “Valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalarına xüsusi fikir verməli, uşaqları günəşli havada çölə çıxarmamalıdırlar.
Yay aylarında 1 yaşadək körpələrin qidasını dəyişmək olmaz. Onlar yaz mövsümündə uyğunlaşdıqları qida rejimi ilə qidalansalar mədə-bağırsaq xəstəliyindən qoruna bilərlər”.

Bookmark and Share
ANS PRESS
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir