Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
yardım edin
Babaşova Ayşən Eldəniz qızına yardım edin
Salam Əziz xeyriyyəçi insanlar.
Babaşova Ayşən Eldəniz qızı 13 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpə vaxtlarından Ayşən “uşaq serebral iflici”ndən əziyyət çəkməyə başlayır. Xəstə yanvar ayının 16-sı 2010-cu ildə “CITY HOSPITAL” xəstəxanasına “Uşaq serebral iflici, budların yaxınlaşdırıcı kontrakturası, rekrus sindromu” diaqnozu ilə daxil olmuşdur. Və həmin gün ümumi endotraxeal anesteziyanın tətbiqi ilə “ikitərəfli budun düz əzələlərinin uzadılması və ikitərəfli qapalı adduktortomiya” əməliyyatı icra edilmişdir.

Yanvarın 17-si 2010-cu ildə isə Ayşən kafi halda gərəkli məsləhətlərlə evə ambulator müalicəyə yazılmışdır. Amma son vaxtlar uşaqda tez-tez qıcolmalar baş verdiyindən o, iyun ayının 11 yenidən “CITY HOSPITAL” klinikasında müayinədən keçir. Onlara xəstənin hər iki dizin bükücü kontrakturalarının aradan götürülməsi üçün əməliyyat olunması bildirilib. Əməliyyat isə İran İslam Respublikasında mümkün olduğundan, ailənin buna maddi imkanı yoxdur.
Buna görədə Əziz xeyriyyəçilər və əziz qardaş və bacılar. Allah-təala rizası üçün köməyinizi bizdən əsirgəmiyin. Unutmayın ki Allah-təala hətta balaca xardal dənəsi gədər görülmüş hər bir yaxşılığın və gözəl işin əvəzini verəndir.
Allah-təala sizin heç birinizi darda qoymasın. Amin!

 

Babaşova Ayşən Eldəniz qızı

Tel.: (+99 455) 676 43 30 Babaşov Eldəniz (Ayşənin atası)

Bank hesabı:
Kapital bankın 2 saylı Yasamal filialı
Kod: 200048
Müxbir hesab: 01370010001944
VÖEN: 9900003611
S.W.I.F.T. BIK AIIBAZ2X
Babaşov Eldəniz Mahir
H /h: 38010019443401382104
Allahın Peyğəmbəri (s): Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir