|
Ağlayan uşağı sakitləşdirmək analar, eləcə də ailənin digər üzvləri üçün ən çətin işdir. Körpəni satikləşdirmək üçün bəzən onu qucaqdan qucağa gəzdirirlər, az qala saatlarla uşaq arabasında yellədirlər. ABŞ-ın məşhur uşaq həkimi Harvey Karp uşağı sakitləşdirməyin 5 asan yolunu tapıb. Bu üsullar 5S adlanır.
1. Uşağı qundaqlamaq.
Amma bu qədim qundaqlamaq üsulu ilə - uşağın əlini ayağını möhkəm sıxmaqla eyni deyil. Körpəni yumşaq parça ilə bükün. Bu zaman onun əlləri yanına düz uzadılmalıdır. Ayaqları isə boş bükmək olar. 5 ayına qədər uşaqları bu şəkildə yatızdırmaq məsləhətdir. |
|
2. Uşağı yana çevirin.
Körpəni qucaqda sağa doğru, üzü aşağı baxan formada tutun.
3. Şşşşşş
Körpənin qulağına yüksək səslə "Şşşşşşşş" deyin. Bu səs ona ana bətnindəki səsi xatırladır.
4. Asta-asta yelləmək
Başını yüngül tutaraq, asta-asta yellədin. Bu isə ona ananın bətnindəki hərəkətləri xatırladacaq.
5. Əmzik.
Körpənin əmzik əmməsini təmin edir.
Bu üsullardan sonra onun üz ifadəsinin dəyişdiyini, satikləşdiyini müşahidə edəcəksiniz. Bunlar ona özünü daha təhlükəsiz hiss etməyə kömək edəcək. Həkimin sözlərinə görə, xüsusilə atalar uşaqları sakitləşdirməkdə daha böyük uğur qazanır. |