Əfəndiyeva Təranə Abdulməcid qızı Zaqatala rayonu, Yuxarı Çardaqlar kəndində anadan olub. 11-ci sinifdən sonra tutulduğu qızılca xəstəliyindən qaynaqlanaraq, ömrünün bu çiçəklənən çağlarında ayaqlarının hissiyatını itirmiş və yeriməkdən məhrum qalmışdı.
O gündən bu yana ailəsi əlindən gələni etmiş, əllərində olan hər şeyi gözdən çıxarmışlar ki övladlarının yeriməsinə bir işıq doğar deyə. Onu müalicəyə Azərbaycanda “Leyla Şıxlinskaya klinikası”na, “Ə.Əliyev adına AZ.DNTİ pediatriya kafedrası”na, “Respublika xəstaxanası”na aparmışlar və orada Təranəyə “Qızılcadan sonraki encefalomielit” diaqnozu goyulmuşdur.
Təranənin müalicəsi isə yalnız Türkiyyənin “Memorial Xəstəxanası”nda mümkündür. Amma bu müalicəyə 10 000 dollar lazımdır. Ailənin isə buna heç cür imkanı yoxdur.