Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
yardım edin
Ağayeva Günay Fuad qızına təcili yardım lazımdır

Bismillahir Rəhmanir Rəhim!
Ağayeva Günay Fuad qızı 11 dekabr 2000-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsində doğulmuşdur. Günay yeddi aylıq doğulmuş və o anadan gəlmə xəstədir. Həmin vaxtdan xəstədə daimi zəiflik, halsızlıq müşahidə olunub. Pediatr tərəfindən aparılan konservativ müalicə effekt verməmişdir.

Günay daima yuxulu, süst olurdu və o tez-tez baş verən qıcolmalardan əziyyət çəkirdi. 2004-cü ildə uşağa sağ tərəfli ventrikulo-peritonial şuntlama, 1 il sonar isə şuntun əvəz olunması əməliyyatları icra olunub. Sonralar uşağda bir-neçə dəfə epileptik tutmalar müşahidə olunub. MRT müayinəsindən sonra xəstə uşaq RNCX-na qəbul olunub. Xəstə uşaq qeyri-adekvatdır, kontakta çətin qirir, danışa və qəzə bilmir.
Aprel ayının 7-si 2009-cu ildə xəstə uşağa “Şuntun pompa və mərkəzi katetrinin dəyişdirilməsi” əməliyyatı aparılıb. Əməliyyat fəsadsız keçib. İndi isə uşağa daima müalicə lazımdır.

Əziz bacı, qardaşlar və xeyriyyəçiliyi sevən insanlar. Sizdən xahişimiz budur ki, Allah-təala xatirinə bu ailənin bəlasından yan keçməyin, onlara kömək edin! İmkansızlıq ucbatından bu gözəl balamızın mualicəsi 6 aydır ki dayanıb. Həmin müalicə üçün hər ay 150-200 manat vəsait tələb olunur. Fuad qardaşımız artıq bir balasını itirib. Çox xahiş edirik, köməyinizi əsirgəməyin!

Ünvan: Bakı şəhəri, Buzovna qəs., V.Seryoqin küç. 19-20, mənzil 10-17.

Tel.:
(+99 470) 370-95-64 - Ağayev Fuad (Günay balanın atası)

Bank hesabı:
Bank Standart
Hesab: 381108401722011001

Qeyd: Xahiş edirik, banka pul köçürəndən sonra zəng edib bildirəsiniz. Və yaxud xeyriyye@xeyriyye.com E-mail ünvanına məktub yazmağla bildirəsiniz.

Allahın Peyğəmbəri (s): Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir