Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
xəbərlər
Ata və ananın depressiyası uşağa keçir

Ata və ananın yaratmalı olduğu sakit və rahat bir çevrə uşağın inkişafında qidalanma qədər əhəmiyyətlidir.
Amerikan alimləri depressiyanın ana və atadan uşağa keçə bildiyini bildirdilər. Massaçusets xəstəxanasında aparılan araşdırma nəticəsində 380 uşaq müşahidə edilib.

Araşdırmada anası və ya atası depressiyada olan uşaqlarda eyni problemin, digər uşaqlara nisbətən doqquz dəfə daha artıq olduğu meydana çıxdı. Nəticələri “Amerikan Journal of Psychiatry” jurnalında yayımlanan araşdırmanın xəstəliklə bağlı klinik müalicəsi sahəsində həkimlərə yeni ip ucları verdiyi bildirildi.

Banan mədə üçün xeyirlidir
Banan xüsusən mədəyə çox faydalıdır. Qastriti olanlara çox yaxşı təsir göstərir. Böyrək iltihabı və bağırsaq xəstəliklərində yararlıdır. Qandakı xolesterolun miqdarını azaldan banan,ürək və damar xəstəliklərinə qarşı qoruyucudur.

Stressi azaldır və təzyiqi aşağı salır. Bədənin və beynin sancılarını aradan götürür. Enerji verir. Xəstələrin sağalmasını tezləşdirir.Sümük inkişafını dəstəkləyir.Öskürəyə və sinə ağrılarına yaxşı təsir göstərir.

Bananı təzə olaraq yeyilməsi ilə bərabər, kosmetik vasitə kimi də sıx istifadə olunur. Dərini qidalandırır və təmizləyir. Banan, limon suyu ilə qatışdırılaraq məlhəm halına gətirilib, eqzemanın üzərinə sürtülsə, tezliklə faydasını verər. Tam yetişməmiş bananı həzm etmək bir az ağır olduğundan, onu yetişmış halda yemək lazımdır.
Bookmark and Share
Xəyalə Quliyeva
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir