O vaxtlar ən müasir texnologiya hesab olunan Rodnyanski endokorrektoru istifadə olunan Şimali Osetiyanın Vladikavkaz şəhərinin Uşaq Ortopediya Mərkəzinə təyinat aldıq. Elə həmin il, və 1991-ci ildə, ardıcıl olaraq, cərrahiyə əməliyyati ilə onun onurğa sütununa iki endokorrektor bərkidildi. Həmin aparatlar skoliozu düzəldib, 4-5 ildən sonra eyni qayda ilə şıxalmalı idi. Lakin, SSRİ-nin dağılması, əlaqələrin itməsi və əməliyyat edən həkimin vəfat etməsi hər şeyə mane oldu. Bundan əlavə, gözlədiyimiz nəticə vermədi, əksinə, xəstəlik inkişaf etməkdə davam edirdi.
O vaxtdan 20 il ötüb. İndiyə qədər bacımın belindəki endokorrektorlar heç bir ciddi problem yaratmırdı. Lakin bir ay bundan öncə, endokorrektorlardan biri qırılaraq, bel dərisini ciddi zədələyib.

Azərbaycanda fəaliyyat göstərən bir çox klinikala müraciət etdik. Lakin, yalnız "N.Tusi adına Klinika"da bizə yardımçı ola biləcəklərini bildirdilər. Onlar köhnə aparatları çıxarıb, yerinə müasir tibbdə istifadə olunan EXPENDİUM spinal sisteminin qoyulmasını tövsiyyə etdilər (bu sistemsiz, əvvəlkilər çıxarıldıqdan sonra, onurğa sütunu tab gətirməz). Ancaq əməliyyat və korrektor bizim ailə üçün çox bahalıdır.
Yeganə ümidim sizlərədir. Xahiş edirəm, kömək edin. Əvvəlcədən hər kəsə təşəkkür edirəm.