|
|
|
Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar
|
Məhəmməd Peyğəmbər(s) |
|
|
|
|
|
|
| |
|
 |
| xeyriyyəçilər klubu |
 |
Biz Kimsəsiz Uşaqlara və Qocalara yardım “Xeyriyyəçilər klubu” olaraq sizləri salamlayırıq. Artıq bir neçə vaxtır ki, biz ətrafımızdaki müxtəlif peşə və ixtisas sahibi olan gənclərimizlə kimsəsizlərə baş çəkir, dərdlərinə şərik olur, bir neçə saatlıq da olsa onlara mənəvi cəhətdən sevinc bəxş etmək istəyirik.
Bizim qarşımıza qoyduğumuz əsas qayə, indiki fidan körpələrimizin düzgün tərbiyəsinə, dünya görüşünə, mənəvi saflığına, düzgün maariflənməsinə, özlərini sərbəst və xoşbəxt hiss etməsinə az da olsa kömək etməkdir. Ulu öndərimiz Heydər Əliyevin bir sözü heç vaxt unudulmayacaq.
O deyirdi ki: “Körpələrimiz bizim sevincimiz və Gələcəyimizdir! Onların düzgün tərbiyəsi və savadı nəticəsində Azərbaycanın sabahı işıqlı olacaq! Övladlarınıza qayğı göstərin və onları sevin!” |
Təsadüfi deyil ki, elə bizim “Xeyriyyəçilər klubu”nun ilk starta başladığı gün məhz Heydər Əliyevin doğum gününə təsadüf edir. Və biz bu il may ayının 10-da öz 1 yaşımızı bu gözəl tarixdə qeyd etdik.
Bu il ərzində Vətənimizin müxtəlif ərazilərində yerləşən kimsəsiz Qoca və Uşaqlarla görüşdük, onlarla birgə sevindik. Hər birinin istedadını, bacarığını, savadını sinadıqca müsbət nəticələr könlümüzü xoş edirdi. Onlar nə qədər kədərli olsalar da yenə ümid çırağının əlaməti olan bir parıltını duyduq onların gözlərində.
Bu parıltını gördükcə, qəlbimizdə bir sevinc hissi oyanırdı ki, Azərbaycanımızın gələcəyi İnşallah, parlaq olacaq. Çünki biz hamımız Azərbaycanın parlaq gələcəyi, sağlam gəncliyin yetişməsi, və insan hüquqlarının qorunub saxlanması uğrunda çalışırıq.
Arzulayırıq ki, Allah-təalanın izni ilə klubumuz neçə belə on illər fəaliyyət göstərsin və öz xeyirxah əməllərimizlə çox qapılar döyək və ehtiyacı olanlara dəstək olaq! |
|
|
|
İslamda ailə |
|
Dinimizə görə, ailə müqəddəsdir
|
İslama görə, ailə müqəddəs bir qurumdur. Çünki cəmiyyəti formalaşdıran qurum məhz ailədir və əgər ailə müqəddəsdirsə, demək onun sirr və qanunları da müqəddəsdir. Lakin bütün ailələr deyil, yalnız o ailələr müqəddəsdir ki, Allahın qanunları əsasında və Ona xatir qurulmuş olsun.
Şəxsi mənafe və ya zinakarlıqla qurulan ailələr bu dəstəyə aid deyil. Deməli, nəyinsə müqəddəsləşməsi üçün Allahın ona dəyər verməsi lazımdır.
|
|
|
|
|
Evliliyin üstünlüyü |
|
Bir çox xanımlar bu barədə unudurlar
|
Subaylaq sultanlıq olsa da, evliliyin müsbət tərəfləri az deyildir. Sadəcə bir çox xanımlar bu barədə unudurlar.
1 Sosial mükəmməllik
Əlbəttə, işdə uğur qazanan qadın hörmətə layiqdir, amma təəssüflər olsun ki, bu gün cəmiyyətdə «boşanmış qadın», «tənha ana» ifadələri tez-tez səslənməkdədir. Sözsüz, bunlara əhəmiyyət verməmək olar, ələlxüsus da karyerada uğur qazanan qadınları belə xırda məsələlər narahat etmir.
|
|
|
|
|
|
Əfəndiyeva Təranə Abdulməcid qızına yardımınızı əsirgəməyin |
|
Onların tək ümüdləri Azərbaycanımızın xeyirxah insanlarına və siz imkanlı Müsəlman qardaş və bacılaradır
|
Əfəndiyeva Təranə Abdulməcid qızı Zaqatala rayonu, Yuxarı Çardaqlar kəndində anadan olub.
11-ci sinifdən sonra tutulduğu qızılca xəstəliyindən qaynaqlanaraq, ömrünün bu çiçəklənən çağlarında ayaqlarının hissiyatını itirmiş və yeriməkdən məhrum qalmışdı.
|
|
|
|
|
Ağayeva Günay Fuad qızına təcili yardım lazımdır |
|
Xəstə uşaq qeyri-adekvatdır, kontakta çətin qirir, danışa və qəzə bilmir
|
Bismillahir Rəhmanir Rəhim!
Ağayeva Günay Fuad qızı 11 dekabr 2000-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsində doğulmuşdur. Günay yeddi aylıq doğulmuş və o anadan gəlmə xəstədir. Həmin vaxtdan xəstədə daimi zəiflik, halsızlıq müşahidə olunub. Pediatr tərəfindən aparılan konservativ müalicə effekt verməmişdir.
|
|
|
|
|
|
Azərbaycanda qız uşaqlarına daha çox hansı adlar qoyulur? |
|
Azərbaycanda 4 milyon 592 min nəfər qadın var
|
Bu ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib.
Ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil edib.
|
|
|
|
|
Təyyarədə doğuldu, 21 il pulsuz uçacaq |
|
Təyyarədə doğulan uşaq orta məktəbdən sonra “Boliviya Hava Donanması” məktəbində təhsil ala biləcək
|
Boliviyada “Boliviya Hərbi Hava Yolları” (TAM) uçuş vaxtı dünyaya gələn körpəyə 21 yaşına qədər pulsuz uçmaq hüququ verib. TAM-ın mətbuat sözçüsü, təyyarədə iki həftə tez dünyaya gələn körpənin doğulmasına sərnişinlərin arasında olan həkimin və tibb bacısının yardım etdiyini deyib.
Hava yolları şirkətinin rəsmisi həmçinin, təyyarədə doğulan uşağın arzu edərsə orta məktəbdən sonra “Boliviya Hava Donanması” məktəbində təhsil ala biləcəyini də əlavə edib.
|
|
|
|
|
|
|
|
| |
|